Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Elnur Abdullayev

AZE.WIKI materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 18:03, 24 mart 2026 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Elnur Abdullayev
Abdullayev Elnur Rasif oğlu
Elnur Abdullayev
Elnur Abdullayev, 2022-ci il.
Anadan olub 20 oktyabr 1986 (1986-10-20) (40 yaş)
Anadan olduğu yer Şəki, Azərbaycan SSR, SSRİ
Övladları Rasif və Fərid
Atası Rasif Abdullayev
Anası Səmayə Əhmədova
Vətəndaşlıq SSRİ→ Azərbaycan
Peşələri

 • informasiya texnologiyaları üzrə texnoloq

 • musiqi müəllimi (tar ixtisası üzrə)
Milliyyəti azərbaycanlı
Təhsili

 • Şəki Musiqi Texnikumu, tar ixtisası (2002–2006)

 • Müasir Humanitar Akademiyası (Rusiya Federasiyası), informasiya texnologiyaları texnoloqu ixtisası (2007–2013)
facebook səhifəsi

Elnur Abdullayev — Şəki Dövlət Dram Teatrının yaradıcı şöbəsinin müdiri, Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, Şəki şəhər bələdiyyəsinin sabiq üzvü.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

20 oktyabr 1986-cı il tarixdə Şəkidə anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

2002 – 2006-cı illərdə Şəki Musiqi Texnikumunda tar ixtisası üzrə,

2007 – 2013-cü illərdə isə Müasir Humanitar Akademiyası (Rusiya Federasiyası) informasiya texnologiyaları texnoloqu ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

2009 – 2016-ci illərdə Şəki rayonunun Turan qəsəbəsindəki musiqi məktəbində müəllim,

2016 – 2018-cı illərdə “Modenis” MMC-nin “E-manat” ödəniş terminalları brendi üzrə bölgə nümayəndəsi,

2019 – 2024-cü illərdə Şəki şəhər Heydər Əliyev Mərkəzində mühəndis vəzifəsində çalışıb.

2024-cü ilin dekabrından Şəki Dövlət Dram Teatrında səs rejissoru,

2025-ci ilin avqust ayından Şəki Dövlət Dram Teatrında Bədii Quruluş Hissəsinin müdiri vəzifəsində çalışıb.

2026-cı ilin fevral ayından Şəki Dövlət Dram Teatrında yaradıcı şöbənin müdiridir.

İctimai-siyasi aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]

2014 – 2019-cu illərdə Şəki şəhər bələdiyyəsinin üzvü olub.

2022-ci və 2025-ci illərdə Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü seçilib.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

  • Şəki şəhər İcra hakimiyyətinin “İnformasiya və kommunikasiya texnologiyalarının tədbiqi” nominasiyası üzrə “İlin qalibi” mükafatı (2009);
  • Şəki Regional Mədəniyyət İdarəsi və MİHİ Şəki rayon komitəsinin Fəxri fərmanı – “Dünya incəsənət günü” münasibəti ilə və mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə (15.04.2022).
  • Şəki şəhər İcra hakimiyyətinin Fəxri fərmanı – Azərbaycan “Gənclər günü” və Şəkinin ictimai-mədəni həyatında fəal iştirakına görə (02.02.2023)
  • TÜRKSOY-un Təşəkkürnaməsi – Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının təşkilində iştirakına görə (05.07.2023).
  • Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Şəki Heydər Əliyev Mərkəzinin Fəxri fərmanı – “Heydər Əliyev İli” münasibəti ilə və Ulu öndərin irsinin təbliği sahəsində səmərəli fəaliyyətinə görə (31.12.2023).
  • Şəki şəhər İcra hakimiyyətinin təltifi - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Şəki "İpək Yolu" Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə təşkilinə göstərdiyi dəstəyə görə. (07.07.2024)
  • Təşəkkürnamə, TURKSOY, Xalq şairi B.Vahabzadənin 100 illik yubileyi münasibətilə Şəki Dövlət Dram Teatrında səhnələşdirilmiş “Dar ağacı” əsərinin ərsəyəgəlməsində verilmiş töhfəyə görə, (03.07.2025)
  • Təltifnamə, Şəki Şəhər İcra Hakimiyyəti, Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində, “Şəhər günü” ənənəvi bayram tədbiri münasibətilə, Şəki şəhərində mədəni-kütləvi tədbirlərin təşkilində fəal iştirakına görə. (06.07.2025)

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. “Şəki Bələdiyyəsi” qəzetinin saytı, Şəki bələdiyyəsi üzvlüyünə namizədlər, 2-ci səhifə.
  2. "ŞƏKİ BƏLƏDİYYƏSİ ÜZRƏ NAMİZƏDLƏR ( 55 namizəd )". https://www.infocenter.gov.az (azərb.). İnformasiya Mərkəzi. 21 Jun 2021 tarixində arxivləşdirilib.
  3. İctimai Şura : Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın hesabatı : [arx. 19 Jun 2022 - 2 Dec 2022] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 27.01.2023.
  4. Şəkidə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib : [arx. 22.02.2023] // Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti. — 2023. — 2 fevral. — Müraciət tarixi: 22.02.2023.

Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]

Bildiriş[HTML redaktə]