Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Nazim Hüseynli

AZE.WIKI materialı
Mammadov2 (müzakirə | redaktələr) (→‎Digər) tərəfindən edilmiş 13:09, 5 sentyabr 2026 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Nazim Hüseynli
Hüseynov Nazim İsa oğlu
Nazim Hüseynli
Nazim Hüseynli.
Anadan olub 7 mart 1953 (1953-03-07) (73 yaş)
Anadan olduğu yer Xaçmaz, Vartaşen (indiki Oğuz) rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ → Azərbaycan
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, şərqşünaslıq fakültəsi, türk filologiyası bölməsi (1970–1975)
Mükafatları "Tərəqqi" medalı — 2025"Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı — 2025
facebook səhifəsi

Nazim Hüseynli (Hüseynov) — tanınmış jurnalist, şair, yazıçı və publisist, “Oğuz xəbərləri” qəzetinin redaktoru (məsul redaktor).

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

7 mart 1953-cü il tarixdə Vartaşen (indiki Oğuz) rayonunun Xaçmaz kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1970-ci ildə Xaçmaz kənd orta məktəbini,

1975-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin türk filologiyası bölməsini bitirib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1975-ci ildən, əvvəl Oğuz rayonunda çıxan “Oğuz yurdu” (“Lenin bayrağı”) qəzetinin redaksiyasında müxbir, sonra şöbə müdiri,

1990 – 1994 və 2000 – 2005-ci illərdə redaktor müavini,

1994 – 2000 və 2005 – 2024-cü illərdə isə redaktor vəzifəsində çalışıb.

2025-ci ildən “Oğuz yurdu” qəzetinin bazasında yeni yaradılmış “Oğuz xəbərləri” qəzetinin redaktorudur (məsul redaktor).

Ədəbi yaradıcılığı[Vizual/Mobil redaktə | HTML redaktə]

Yaradıcılığa orta məktəbin yuxarı siniflərində oxuyarkən başlayıb. Bədii yazıları respublikanın qəzet və jurnallarında, Yazıçılar Birliyinin ədəbi orqanlarında – “Ədəbiyyat” qəzetində, “Ulduz” və “ Azərbaycan” jurnallarında, “Bahar çiçəkləri”, “Yaşıl budaqlar” və “Yeni səslər” almanaxlarında, Azərbaycanda və Türkiyədə nəşr olunan bir sıra antologiyalarda dərc edilib.

1991-ci ildə “Yazıçı” nəşriyyatında hekayələrdən ibarət “Şabalıdlı dərə” adlı ilk kitabı çap olunub.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Digər[Vizual/Mobil redaktə | HTML redaktə]

1999-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin,

2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Adanada (Türkiyə) keçirilən VII, IX, və X Türk dünyası Şeir və Musiqi festivalının iştirakçısı olub.

Azərbaycan yazıçılarının XI qurultayının nümayəndəsi, son iki qurultayının iştirakçısı olub.

2026-cı ildən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media Reyestrində qeydiyyatdan keçmiş jurnalistdir.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəlidir. 3 övladı var.

Kitabları[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. “Şabalıdlı dərə”, hekayələr, Bakı, “Yazıçı”, 1991, 160 səh., tirajı 4.000.
  2. “Oğuz lətifələri”, lətifələr, Bakı, “Nasir”, 2000, 50 səh., tirajı 500.
  3. “Uzun hörüklü qız”, hekayələr, Bakı, “Nasir”, 2001, 96 səh., tirajı 250.
  4. “Oğuzdur elim mənim”, oçerk, məqalə və müsahibələr, Bakı, “Nasir” 2008, 368 səh., tirajı 350.
  5. “Yurdum, torpağım, əzəl ünvanım Oğuz”, oçerk, məqalə və müsahibələr, Bakı, “Nasir”, 2012, 376 səh., tirajı 350.
  6. “Qədim Oğuz yurdu Xaçmaz kəndi”, tədqiqat, araşdırma, Bakı, ”Nasir”, 2015, 294 səh., tirajı 300.
  7. “Bütovlük həsrəti”, şeirlər və poemalar, Bakı, “Vətən”, 2018, 146 səh., tirajı 500.
  8. “Vətən mənə oğul desə...”, oçerk və məqalələr, Bakı, “Vətən”, 2018, 300 səh., tirajı 100.
  9. “Oğuz adı ürəyimdə”, oçerk və məqalələr, Bakı, “MM-S”, 2018, 176 səh., tirajı 200.
  10. “Ver, verim”, satirik şeirlər, Bakı, “Bakı mətbəəsi”, 2022, 46 səh., tirajı 200.
  11. “Torpaq uğrunda şəhid varsa Vətəndir”, şəhidlər haqqında yazılar, Bakı, “MM-S”, 2024, 208 səh., tirajı 200.
  12. “Oğuzlu həkimlər-sağlamlığın sayıq keşikçiləri”, oçerk və məqalələr , Bakı, “MM-S”, 2024, 168 səh., tirajı 150.
  13. “Hamıdan da Vətən üstün”, şeirlər, Bakı, “Elm və təhsil”, 2025, 106 səh., tirajı 200.
  14. “Oğuz soraqlı, Vətən sevdalı insanlar”, oçerk və məqalələr , Bakı, “Elm və təhsil”, 2025, 334 səh., tirajı 100.
  15. Oğuz rayonu və tanınmış insanları, Bakı, “Elm və təhsil”, 2026, 444 səh.

Tərtib etdiyi kitablar[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. “Kövrək addımlar”, şeir və hekayələrdən ibarət almanax, Bakı, “Nasir”, 2002, 94 səh., tirajı 200.
  2. “Oğuzun sözü”, şeir və hekayələrdən ibarət almanax, Bakı, “Nasir”, 2006, 122 səh., tirajı 200.

Bildiriş[HTML redaktə]