Elçin Abbasov

Mammadov2 (müzakirə | redaktələr) (Yeni səhifə yaradıldı) tərəfindən edilmiş 21:00, 5 noyabr 2026 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)

Elçin Abbasov — avtomobil elektronikası və elektromobil diaqnostikası üzrə tanınmış mütəxəssis və elmi maarifçi. Elçin Abbasovun İnteraktiv Elm Muzeyinin və “AutoProject” avtoservis mərkəzinin yaradıcısı və rəhbəri.

Elçin Abbasov
Abbasov Elçin Qüdrət oğlu
Elçin Abbasov
Anadan olub 10 oktyabr 1963 (1963-10-10) (63 yaş)
Anadan olduğu yer Şablon:Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Atası Abbasov Qüdrət Rızaqulu oğlu
Anası Məmmədova Rəna Məmmədsani qızı
Təhsili Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, maşınqayırma fakültəsi, maşınqayırma texnologiyası ixtisası (1980–1985)

Haqqında məlumatlar

10 oktyabr 1963-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1970 – 1971-ci illərdə Bakı şəhər 190 nömrəli orta məktəbində,

1971 – 1980-cı illərdə Şəki şəhər M.Qorki adına 10 nömrəli orta məktəbində,

1980 – 1985-cı illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun maşınqayırma fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1985 – 1990-cı illərdə “Azərelektroterm” istehsalat birliyində mühəndis-layihəçi,

1990 – 1998-ci illərdə müxtəlif avtomobil servisi müəssisələrində mütəxəssis,

1998 – 2022-ci illərdə “Chevrolet” markasının Azərbaycandakı rəsmi nümayəndəliyi olan “Performance Center”də elektrik şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

2023-cü ildən Azərbaycanda ilk elektromobil və hibrid avtomobillərə texniki xidmət mərkəzi olan “AutoProject”in (Bakı) qurucusu və rəhbəridir.

Elmi fəaliyyəti

1998-ci ildə Bakıda öz evinin zirzəmisində interaktiv elm muzeyi yaradıb. Bu muzey 2018-ci ildən “Hədəf” liseyinin binasında (Bakı, Mikayıl Müşfiq küç. 2E) fəaliyyət göstərir və “Elçin Abbasovun İnteraktiv Elm Muzeyi” adı ilə tanınır.

2019-cu ilin sentyabrında Azərbaycan Dövlət Pedaqoji Universitetində (Ü.Hacıbəyli küç. 68) muzeyin ikinci filialı açılıb.

2013-cü ildə Azərbaycanda hazırlanan ilk dronlardan birini yaradıb, həmçinin helikopter modeli hazırlayıb.

2015-ci il noyabrın 29-da Qafqaz Universitetində keçirilən «TEDxQafqazUniversity» konfransında ixtiraçı kimi çıxış edib.

Elmin təbliği üzrə sosial şəbəkələrdə (Instagram, Facebook, TikTok, YouTube — @elmmuzeyi) müntəzəm material hazırlayır, o cümlədən “Günün eksponatı” silsiləsini aparır. Nəvəsi Banu ilə birlikdə uşaqlar üçün elmi təcrübə videoları çəkir.

Azərbaycan dilində fizika tədrisi üçün mobil vasitələr üzərində işləyir: phyphox fizika tətbiqinin Azərbaycan dilinə tərcüməsini və “Elm Laboratoriyası” adlı öz sensor tətbiqini hazırlayır. Gənclərin texniki yaradıcılığını inkişaf etdirən “Badamdar” texniki yaradıcılıq klubunun yaradıcısı və rəhbəridir. Klub məktəbli və tələbələrlə birlikdə hərəkətli və uçan modellər, texniki qurğular hazırlayır; Bakı Ali Neft Məktəbində keçirilən texniki yaradıcılıq sərgisinin təşkilində iştirak eedib. 2018-ci ildən «Hədəf» liseyində muzeyin nəzdindəki elmi klubun da rəhbəridir.

Təltif və mükafatları

İstinadlar

Ədəbiyyat

  1. Xəta: {{Sayta istinad}} şablonunda tələb olunan “|title=” parametri verilməyib. [1]. — Müraciət tarixi: 05.11.2026.