Vüqar Abdurahmanov
| Vüqar Abdurahmanov | |
|---|---|
| Abdurahmanov Vüqar Əbülfət oğlu | |
| Vüqar Abdurahmanov. | |
| Təvəllüdü | 29 may 1972 |
| Anadan olduğu yer |
Şəki, |
| İş yeri |
• Şəki şəhəri 5 nömrəli tam orta ümumtəhsil məktəbi (riyaziyyat müəllimi) • Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı (baş müəllim) |
| Elmi dərəcəsi | riyaziyyat üzrə fəlsəfə doktoru |
| Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti/Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1989–1994) |
| Mükafatları |
|
| facebook səhifəsi | |
Vüqar Abdurahmanov — riyaziyyat üzrə fəlsəfə doktoru, Şəki şəhəri 5 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının baş müəllimi.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
29 may 1972-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1978 – 1988-ci illərdə Qoxmuq kənd orta məktəbində,
1989 – 1994-сü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin/Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
2011-ci ildə “Markov zəncirinin trayektoriyasinin səviyyəyə birinci dəfə çatma anları üçün limit teoremləri və onların tətbiqləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
2-si xaricdə olmaqla çapdan çıxmış 42 elmi əsərin müəllifidir.
2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasında doktorluq işinin mövzusu təsdiq olunub.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
2004 – 2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında müəllim,
2009 – 2015-ci illərdə isə baş müəllim vəzifəsində çalışıb.
2014 – 2020-ci illərdə həm də AMEA Şəki Regional Elmi Mərkəzinin elmi katibi olub.
2015-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında baş müəllimdir.
2022-ci ildən Şəki şəhəri 5 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimidir.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı – təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə (03.10.2026).
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Şəki REM-in fəlsəfə doktorları : Abdurahmanov Vüqar Əbülfət oğlu : [arx. 14.09.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 14.09.2021.
Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |
- V
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 1972-ci ildə doğulanlar
- 29 mayda doğulanlar
- Mayda doğulanlar
- Azərbaycan Respublikasının qabaqcıl təhsil işçiləri
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr