Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Fuad Rəhimov

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Fuad Rəhimov
Rəhimov Fuad Məmməd oğlu
Fuad Rəhimov
Fuad Rəhimov.
Anadan olub 1 sentyabr 1926(1926-09-01)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat edib 1996(1996-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Həyat yoldaşı Məmmədli Adilə Zal qızı
Övladı Nailə
Atası Rəhimov Məmməd
Anası Ağayeva Tamara
Təhsili

 • Bakı Hərbi Dənizçilik Məktəbi (1941–)

 • Meşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutu, mühəndis-texnoloq ixtisası (1950–1955)
Mükafatları "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı — 1981
"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1945
Adının digər versiyası Фуад Рагимов

Fuad Rəhimov (1926–1996) — neftayırma sənayesi üzrə tanınmış mütəxəssis, Azərbaycan SSR əməkdar mühəndisi. 10 il Sov.İKP-nin XXII qurultayı adına Bakı neftayırma zavodunun (Azərneftyağ) direktoru, 23 il Əliheydər Qarayev adına Bakı neftayırma zavodun baş mühəndisi vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

1 sentyabr 1926-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

1930-cu ildə ailəvi Bakıya köçüblər.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1934 – 1941-ci illərdə Bakı şəhər 132 nömrəli orta məktəbində yeddiillik təhsil alıb.

1941-ci ildə Bakı Hərbi Dənizçilik Məktəbinə daxil olub.

1950 – 1955-ci illərdə Meşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda mühəndis-texnoloq ixtisası üzrə təhsil alıb.

Hərbçi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

Bakı Hərbi Dənizçilik Məktəbini bitirdikdən sonra cəbhəyə göndərilib. Müharibə bitdikdən sonra 5 il hərbi donanmada xidmət edib.

1950-ci ildə ordudan tərxis olunub.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1955 – 1971-ci illərdə Əliheydər Qarayev adına Bakı neftayırma zavodunda müxtəlif nəsul vəzifələrdə çalışıb; o cümlədən,

1956 – 1955-ci illərdə quraşdırma rəisi,

1957 – 1958-ci illərdə böyük mühəndis, sex rəisinin müavini,

1958 – 1971-ci illərdə baş mühəndis olub.

1971 – 1972-ci illərdə Bakı Sov.İKP-nin XXII qurultayı adına neftayırma zavodunun (Azərneftyağ) baş mühəndisi,

1972-ci ilin avqustundan – 1982-ci ilin noyabr ayınadək isə direktoru olub.

1982-ci ildən isə Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri institutunda çalışıb.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

1996-cı ildə – 70 yaşında, vəfat edib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Рагимов Фуад Мамедович : [arx. 20.01.2026] : [rus.] // Память народа. — Müraciət tarixi: 20.01.2026.
  2. Фараджова В. «После того, как Гейдар Алиев уехал в Москву, отца вынудили уйти с работы»-ФОТО : [arx. 20.01.2026] : [rus.] // vesti.az. — . — Müraciət tarixi: 20.01.2026.

Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]