Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Cavanşir Feyziyev

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Cavanşir Feyziyev
Feyziyev Cavanşir Əyyub oğlu
Cavanşir Feyziyev
Cavanşir Feyziyev.
Təvəllüdü 12 iyul 1963 (1963-07-12) (63 yaş)
Anadan olduğu yer Böyük Dəhnə, Vartaşen rayonu[qeyd 1], Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ→ Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi fəlsəfə üzrə fəlsəfə doktoru
Təhsili Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu, tərcümə fakültəsi (1986–1991)
Atası Əyyub Bəşir oğlu Feyziyev
Mükafatları "Şöhrət" ordeni — 2023"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı
saytının arxiv versiyası
facebook səhifəsi

Cavanşir Feyziyev — Azərbaycan Respublikası Milli Məclisinin deputatı. Daha çox biznesmen və oliqarx kimi tanınır. Həmçinin, elm, ədəbiyyat və mətbuatın himayəçisi və xeyriyyəçi kimi tanıdılır, lakin bu istiqamətlərdə fəaliyyəti əsasən yuxarı orqanların sifarişlərinin həyata keçirilməsi ilə məhdudlaşır və əhəmiyyətli layihələrə vəsait ayırması məlum deyil.

2022-ci ildə Böyük Britaniyada onun özünün, oğlu Orxanın və qohumu Elman Cavanşirin Böyük Britaniya bank hesablarındakı 5,6 milyon funt sterlinq (7.56 milyon dollar) müsadirə edilmiş, sonra isə onların həmin ölkədəki 39,5 milyon funt sterlinq (50 milyon dollar) dəyərində 22 mülkünün üzərinə həbs qoyulmuşdur.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

12 iyul 1963-cü il tarixdə Vartaşen rayonunun[qeyd 1] Böyük Dəhnə kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1970 – 1977-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində,

1977 – 1980-ci illərdə isə Orjonikidze (indiki Turan) qəsəbəsindəki riyaziyyat təmayüllü internat məktəbində,

1986 – 1991-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1991 – 1992-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdində “Linqvist” tədris-tərcümə mərkəzinin icraçı direktoru,

1992 – 1994-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə kafedrasında müəllim,

1994 – 1995-ci illərdə Belçikanın “Sərhədsiz həkimlər” humanitar təşkilatında tərcüməçi və inzibatçı,

1995 – 1998-ci illərdə ABŞ-ın “Philip Morris” şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri,

2002 – 2010-cu illərdə “AvroMed” şirkətinin baş direktoru[qeyd 1] vəzifələrində çalışıb.

Milli Məclisdə[Vizual/Mobil redaktə | HTML redaktə]

2010, 2015, 2020 və 2024-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin (müvafiq olaraq, IV, V, VI və VII çağırış) deputatı seçilib.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı – (2019);
  2. “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” medalı – (2019);
  3. “Şöhrət” ordeni (2023).

Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]

Qeydlər[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. ↑ 1,0 1,1 1,2 4 yanvar 1963-cü il tarixdə Nuxa rayonu ləğv edilmiş, 1965-ci ilin yanvar ayınadək Nuxa şəhəri istisna olmaqla keçmiş Nuxa rayonunun bütün ərazisi Vartaşen rayonunun tərkibində olmuşdur. Bundan sonra – 1965-ci ildə, bir müddət keçmiş Nuxa rayonunun ərazisinin yarısı Vartaşen, yarısı isə Qax rayonlarının tərkibində olub. 1965-ci ilin iyun ayında Nuxa rayonu əvvəlki hüdudlarında bərpa edilib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Qarayev Z. Gənc havadar // Dəhnə ziyalıları. — Bakı: Şuşa, 2000. — Səhifələrin sayı:  152. — Səh.: 80-84. — 500 nüsx.;
  2. Məmmədov Ə., Xalıqov F. Feyziyev Cavanşir // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 147-150. — 600 nüsx. — ISBN 5-8066-1708-4.;
  3. Orsər R. Cavanşir Feyziyev // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 683. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  4. Bioqrafiya : [arx. 14 Mar 2016 - 6 Jan 2021] // Cavanşir Feyziyev. — Müraciət tarixi: 12.07.2025.
  5. Cavanşir Feyziyevin “şəffaf biznes”indən ilginc faktlar: o, milyonları necə qazanıb? : [arx. 05.08.2025] // Bakupost.az. — 2022. — 8 fevral. — Müraciət tarixi: 05.08.2025.

Vikianbarda Cavanşir Feyziyev ilə əlaqəli mediafayllar var.

Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]