Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Elman Zülfüqarov

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Elman Zülfüqarov
Zülfüqarov Elman Abdul oğlu
Elman Zülfüqarov
Elman Zülfüqarov.
Təvəllüdü 12 avqust 1946 (1946-08-12) (80 yaş)
Anadan olduğu yer Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ → Azərbaycan
İş yeri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Kimya İnstitutu (aparıcı texnoloq)
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutu, kimya-texnologiya fakültəsi (–1971)
Övladları Ülvi və Rüfət
Atası Abduləli Zülfüqarov
Anası Zəhra Məmmədhənifə qızı

Elman Zülfüqarov — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun aparıcı texnoloqu.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

12 avqust 1946-cı il tarixdə Bakıda anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1964-cü ildə Bakı şəhər 134 №-li orta məktəbini,

1971-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunun kimya-texnologiya fakültəsini bitirib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1965 – 2025-ci illərdə ildən Akademik Azərbaycan SSR EA/AMEA Aşqarlar Kimyası İnstitutunda (1987-ci ildən akademik Əli Quliyev adına idi) müxtəlif vəzifələrdə çalışıb. O cümlədən, əvvəl laborant, sonra elmi işçi, şöbə müdiri,

2002 – 2021-ci illərdə isə ümumi işlər üzrə direktor müavini vəzifəsini tutub.

2021-ci ilin noyabr ayında institutda həyata keçirilən struktur dəyişikləri ilə bağlı olaraq ümumi işlər üzrə direktor müavini vəzifəsi ləğv olunduqdan sonra baş texnoloq vəzifəsinə keçirilib. Həmçinin, təchizat və xidmət şöbəsinin müdiri vəzifəsində çalışıb.

2026-cı ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun aparıcı texnoloqudur.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu : [arx. 13 Sep 2021 - 6 Jul 2022] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 21.07.2022.
  2. Struktur : [arx. 11 Apr 2017 - 9 Jun 2023] // AMEA Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu. — Müraciət tarixi: 11.08.2023.

Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]