Mirəli Axundov
Mirəli Axundov (1902–1992) — biologiya elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar müəllimi, Azərbaycan SSR əməkdar elm xadimi. Uzun müddət – 50 ildən artıq bir müddət ərzində, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin genetika və darvinizm kafedrasının müdiri vəzifəsində çalışıb.
| Mirəli Axundov | |
|---|---|
| Axundov Mirəli Abdulla oğlu | |
| Mirəli Axundov. | |
| Təvəllüdü | 22 fevral 1902 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, |
| Vəfat tarixi | 10 may 1992 (90 yaşında) |
| Vəfat yeri |
Bakı, |
| Elm sahəsi | genetika |
| Elmi dərəcəsi | biologiya elmləri doktoru |
| Elmi adı | professor |
| Övladları | Fuad Axundov, Ellada Axundova |
| Mükafatları |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
22 fevral 1902-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1919 – 1923-cü illərdə Qori Müəllimlər Seminariyasında,
1926 – 1930-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində (biologiya ixtisası) təhsil alıb.
1932-ci ildə Moskva Pedaqoji İnstitutunun aspiranturasına (genetika ixtisası üzrə) daxil olub.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1923 – 1926-cı illərdə həm Zaqatala şəhər ibtidai məktəbinin müdiri olmuş və həm də Zaqatala Sənaye və Kənd təsərrüfatı texnikumunda dərs demişdir.
1937 – 1988-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin genetika və darvinizm kafedrasının müdiri olub.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
Elmi tədqiqatları XI – XIX əsrlərdə Azərbaycanda bioloji fikrin inkişaf tarixinə və ev quşlarının növ və cins tərkibinin genetik cəhətdən öyrənilməsinə həsr ounub.
1965-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.
1966-cl ildə biologiya elmləri doktoru elmi dərəcəsini,
1969-cu ildə professor elmi adını alıb.
Azərbaycanda biologiya elminin tədrisinin yaxşılaşdırılması istiqamətində 30-dan artıq elmi-metodik məqaləsi və 3 kitabı çap olunub.
Azərbaycan dilində ali məktəblər üçün müxtəlif illərdə “Genetika”, “Təkamül təlimi”, “Biologiyaya giriş”, “Darvinizm”, “Darvin təliminin əsasları”, “Yer üzərində həyatın mənşəyi və inkişafı”, “Faktlar milyoneri Ç.Darvin” və s. bu kimi dərslik və dərs vəsaitlərinin müəllifidir. Ümumiyyətlə 200-dən artıq elmi-tədqiqat, elmi-metodik, elmi-kütləvi kitab, broşür, dərslik, dərs vəsaiti və məqaləsi çap olunub.
Digər Vizual/Mobil redaktə
Uzun müddət S.M.Kirov adına Azərbaycan Dövlət Universitetin biologiya üzrə “Elmi əsərlər” nəşrinin redaktoru olmuş, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin elmi-metodik şurasına rəhbərlik etmişdir.
20 ildən artıq bir müddət ərzində Azərbaycan televiziyasında “Təbiəti sevənlər” verilişinin aparıcısı olmuşdur.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı;
- “Azərbaycan SSR əməkdar müəllimi” fəxri adı (1943);
- “Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adı (1969);
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi” yubiley medalı.
Vəfatı Vizual/Mobil redaktə
10 may 1992-ci il tarixdə – 90 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Məmmədov Ə., Xalıqov F. Axundov Mirəli // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 50-52. — 1.000 nüsx.
- Axundov Mirəli Abdulla oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I c. — Səh. 219. — ISBN 978-9952-441-02-4.
Həmçinin, bax: Vizual/Mobil redaktə
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |