Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!

Ülkər Hüseynova

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Ülkər Hüseynova
Hüseynova Ülkər İbrahim qızı
Ülkər Hüseynova
Ülkər Hüseynova.
Təvəllüdü 24 aprel 1937 (1937-04-24) (89 yaş)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ → Azərbaycan
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi, jurnalistika şöbəsi (1955–1960)
Həyat yoldaşı Şirməmməd Hüseynov
Övladları Lalə Hüseynova və Fərəh Əliyeva
Mükafatları III dərəcəli "Əmək" ordeni — 2025

Ülkər Hüseynova — tanınmış jurnalist və elmi işçi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi və həmin institutun “Poetika.izm” jurnalının məsul redaktoru. Daha əvvəllər uzun müddət “Elm və həyat” jurnalında müxtəlif vəzifələrdə (şöbə müdiri, redaktor müavini, baş redaktor) çalışmışdır.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

24 aprel 1937-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1955-ci ildə Bakı şəhər 132 saylı məktəbini gümüş medalla bitirib.

1955 – 1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1966 – 2013-cü illərdə “Elm və həyat” jurnalında işləyib; o cümlədən,

1966 – 1993-cü illərdə şöbə müdiri,

1993 – 1995-ci illərdə baş redaktorun müavini,

1995 – 1997-ci illərdə baş redaktor,

1997 – 2013-ci illərdə isə yenidən baş redaktorun müavini olub.

2013-cü ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi və həmin institutun “Poetika.izm” jurnalının məsul redaktorudur.

Digər fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1999-cu ildə çap olunmuş Açıq Cəmiyyət İnstitutu ilə Rusiya Federasiyası Təhsil Nazirliyinin birgə layihəsi əsasında hazırlanmış yeni nəsil üçün tədris ədəbiyyatı olan A.A.Zakin üçcildlik «6, 7, 8, 9 yaşlı uşaqların intellekt qabiliyyətinin inkişaf etdirilməsi» kitabının tərcüməçi və redaktorlarından biri, “Rusca-Azərbaycanca-ingiliscə sənaye-kimya lüğəti”nin redaksiya-nəşriyyat qrupunun üzvü olub.

2004-cü ildə 17 çap vərəqi həcmində “Elm və həyatın işığında” adlı kitabı çap olunub; kitabda 45 il ərzində “Elm və həyat” jurnalında çap olunmuş yüzlərlə müxtəlif janrlı elmi-publisistik məqalələrinin bir qismi, o cümlədən, tanınmış elm adamları, Azərbaycan səhiyyəsinin görkəmli xadimləri ilə müsahibələri və s. mövzularda yazıları yer alıb.

2004-cü ildə çap olunmuş «Heydər Əliyev və Azərbaycanın kimya sənayesi» adlı kitabın,

2006-cı ildə çap olunmuş Lütfi Zadənin həyat yoldaşı Fey Zadənin “Qeyri-səlis məntiqin atası ilə həyatım və səyahətlərim” adlı kitabın ruscadan azərbaycancaya tərcüməçisidir.

2008-ci ildə isə vaxtilə özünün də təhsil aldığı Bakı şəhər 132 saylı orta məktəbinin 300-ə qədər məzununun həyat və fəaliyyətini əks etdirən “Mənim fəxrim – məktəbi”m adlı kitabı çap olunub.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

  • «Vətən» Media Diplomu (1993);
  • Azərbaycan Jurnalistlər Birliyinin Zərdabi Diplomu (2001, 2011);
  • Azərbaycan KİV işçiləri Həmkarlar İttifaqının «Qızıl qələm» mükafatı (1995, 2001);
  • AMEA-nın Fəxri Fərmanı (2010);
  • 3-cü dərəcəli “Əmək” ordeni (2025).

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Hüseynova Ülkər // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 175-176. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Xəlilzadə F. Ucalığa qovuşan illər (azərb.) // Azərbaycan : qəzet. — Bakı: Azərbaycan, 2011. — В. 22 iyul. — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 5 Mar 2016 - 15 Mar 2018.
  3. Abasov C. Görkəmli jurnalist Ülkər Hüseynovanın 80 illiyi qeyd olundu (azərb.) // Azərbaycan : qəzet. — Bakı: Azərbaycan, 2017. — В. 19 aprel. — Səh. 4. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2021.
  4. Orsər R. Ülkər Hüseynova // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 394-396. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.

Bildiriş[HTML redaktə]