İbrahim Həsənov
| İbrahim Həsənov | |
|---|---|
| Həsənov İbrahim Sadəddin oğlu | |
| İbrahim Həsənov. | |
| Anadan olub | 1 yanvar 1927 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), Şəki qəzası, |
| Vəfat edib | 24 aprel 2002 (75 yaşında) |
| Vəfat etdiyi yer |
Şəki, |
| Vəfat səbəbi |
Məhəmməd əfəndi qəbiristanlığı Şəki, |
| Həyat yoldaşı | Həsənova (Mustafayeva) Rəna Bəxtiyar qızı |
| Övladları | Yaqut Əliyeva, Namiq Həsənov |
| Atası | Həsənov Sadəddin |
| Anası | İsrafilova Gülşən Cəfər qızı |
| Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, iqtisad fakültəsi, maliyyə-kredit ixtisası (–1959) |
| Mükafatları |
|
| Adının digər versiyaları | İbrahim Hesanov, İbrahim Hasenov, İbrahim Hesenov, İbrahim Hasanov, Ибрахим Гасанов, Ибраһим һәсәнов |
İbrahim Həsənov (1927–2002) — tanınmış bank işçisi, Azərbaycan SSR əməkdar iqtisadçısı. Uzun müddət Şəkidə bank sektorunda müxtəlif vəzifələrdə çalışmış, o cümlədən, 1975-ci ildən SSRİ Dövlət Bankının Şəki şöbəsinin müdiri olmuşdur.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
1 yanvar 1927-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1946-cı ildə Moskva Toxuculuq İnstitutuna qəbul olunub. Lakin səhhəti ilə əlaqədar olaraq Moskvada təhsilini davam etdirə bilməyib.
1959-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsi bitirib.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1948-ci ildən SSRİ Dövlət Bankının Şəki şöbəsində müxtəlif vəzifələrdə çalışıb; o cümlədən, əvvəl kassa planı üzrə müfəttiş, sonra kredit müfəttişi, daha sonra kredit qrupunun rəhbəri və kredit-plan şöbəsinin rəisi,
1975-ci ildən 1992-ci ilə qədər isə bankın müdiri olub.
1992 – 1998-ci illərdə Səhmdar-Kommersiya Aqrar-Sənaye Bankının Şəki şöbəsində baş mütəxəssis, aparıcı iqtisadçı vəzifələrində çalışıb.
İctimai-siyasi aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]
1953-cü ildə Nuxa şəhər Sovetinə deputat seçilib.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
24 aprel 2002-ci il tarixdə – 75 yaşında, Şəkidə vəfat edib. Məhəmməd əfəndi qəbiristanlığında dəfn olunub.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Həsənov İbrahim // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 238. — 1.000 nüsx.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |
- İ
- Şəxslər (familiya sırası ilə)
- 1927-ci ildə doğulanlar
- 1 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 24 apreldə vəfat edənlər
- Apreldə vəfat edənlər
- 2002-ci ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar iqtisadçıları
- "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr