İlqar İsmayılov
| İlqar İsmayılov | |
|---|---|
| İsmayılov İlqar Rafiq oğlu | |
| İlqar İsmayılov. | |
| Təvəllüdü | 23 noyabr 1978 |
| Anadan olduğu yer |
Şəki, |
| Vətəndaşlığı |
|
| İş yeri | AMEA-nın Şəki Regional Elmi Mərkəzinin, Ekoloji Biofizika şöbəsi (şöbənin rəhbəri) |
| Elmi dərəcəsi | kənd təsərrüfatı elmləri namizədi |
| Təhsili |
• Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyası, baytarlıq fakültəsi (bakalavriat 1996–2000, magistratura 2000–2002) • Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutu, aspirantura (2002–) |
İlqar İsmayılov — kənd təsərrüfatı elmləri namizədi, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji Biofizika şöbəsinin rəhbəri.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
23 noyabr 1978-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1985 – 1992-ci illərdə Şəki şəhər 8 nömrəli orta məktəbində,
1992 – 1994-cu illərdə Şəki şəhər fizika-riyaziyyat təmayüllü liseyində,
1994 – 1995-ci illərdə isə Bakı şəhər 213 nömrəli orta məktəbində orta təhsil alıb.
1996 – 2000-cı illərdə Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasının Baytarlıq fakültəsində bakalavr,
2000 – 2002-ci illərdə isə magistr təhsili alıb.
2002-ci ildə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun əyani aspiranturasına qəbul olunub.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
2008-ci ildə “Kompleks vitamin-mineral əlavəsinin cavan qaramalın işgənbəsində yem zülalının parçalanmasına və bəzi mübadilə proseslərinə təsiri” mövzusunda dissertasiya işini müdafiə edib, kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
2006 – 2009-ci illərdə Şəki Regional Aqrar Elm mərkəzində baş elmi işçi,
2002 – 2011-ci illərdə Şəki Regional Məsləhət mərkəzində mütəxəssis, icraçı direktor,
2008 – 2015-ci illərdə Əkinçilik Elmi Tədqiqat institutunun Şəki dayaq məntəqəsində elmi katib.
2016 – 2020-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlığın inkişafı şöbəsində baş mütəxəssis, sektor müdiri, şöbə müdirinin müavini, 1-ci dərəcəli dövlət qulluqçusu,
2020 – 2021-ci illərdə Bakı şəhər Baytarlıq idarəsində rəis,
2021 – 2023-cü illərdə Qida Təhlükəsizliyi İnstitutunda baş mütəxəssis, heyvanların identifikasiyası mərkəzində departament müdiri vəzifəsində çalışıb.
15.10.2025-ci il tarixdən AMEA-nın Şəki Regional Elmi Mərkəzində Ekoloji Biofizika şöbəsinin rəhbəridir.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- İsmayılov İlqar Rafiq oğlu : [arx. 12.01.2026] // AMEA Şəki Regional Elmi Mərkəzi. — Müraciət tarixi: 12.01.2026.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |