İsa Cəfərov
| İsa Cəfərov | |
|---|---|
| Cəfərov İsa Məmmədqasım oğlu | |
| İsa Cəfərov. | |
| Anadan olub | 11 avqust 1919 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vəfat edib | 18 aprel 1987 (67 yaşında) |
| Dəfn yeri |
Şəki, |
| Övladları | Adilə, Adil, Tahir və Məmməd |
| Vətəndaşlıq |
|
| Təhsili | Azərbaycan Tibb İnstitutu (–1941) |
| Mükafatları |
|
İsa Cəfərov (1919–1987) — Şəki şəhər vərəm dispanserinin baş həkimi, Böyük Vətən müharibəsi iştirakçısı, tibb xidməti podpolkovniki (polkovnik-leytenantı).
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
11 avqust 1919-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1941-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirib.
Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]
8 avqust 1941-ci il tarixdə hərbi xidmətə çağırılıb.
1941-ci ildə 2-сi dərəcəli hərbçi-həkim,
1943-ci ildə 3-сi dərəcəli hərbçi-həkim,
1944-cü ildə qvardiya baş leytenantı,
1945-ci ildə tibb xidməti qvardiya kapitanı hərbi rütbəsi ilə xidmət edib.
1944-cü ildə Qırmızıbayraqlı 20-ci Krivoroj qvardiya atıcı diviziyasının 60-cı atıcı polkunun sanitar rotasının (bölüyünün) komandiri idi.
17 avqust 1946-cı il tarixdə hərbi xidmətdən tərxis edilib.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1949 – 1959-cu illərdə Nuxa rayonunun Aşağı Göynük kənd xəstəxanasının,
1959-cu ildən ömrünün sonuna qədər isə Nuxa/Şəki şəhər vərəm dispanserində baş həkimi vəzifəsində çalışıb.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Döyüş xidmətlərinə görə” medalı (1943);
- “Qırmızı Ulduz” ordeni (1944);
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (1945);
- “Leninin yubiley” medalı (1970).
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
18 aprel 1987-ci il tarixdə – 67 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Джафаров Иса-мамед Касумович : [arx. 20.04.2026] : [rus.] // Память народа. — Müraciət tarixi: 20.04.2026.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |
- İ
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış həkimlər
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- 1919-cu ildə doğulanlar
- 11 avqustda doğulanlar
- Avqustda doğulanlar
- 18 apreldə vəfat edənlər
- Apreldə vəfat edənlər
- 1987-ci ildə vəfat edənlər
- "Qırmızı Ulduz" ordeni laureatları
- "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr