Şablon:12 iyun
Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə bir-bir Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
|
Tanınmış inşaat mühəndisi Adil Hacıyev (1933–2017) 12 iyun 1933-cü il tarixdə Nuxada anadan olub. O, 1958-ci ildən Bakıdakı, 1969-cu ildən sonra isə Moskvadakı tikinti idarələrində müxtəlif vəzifələrdə, o cümlədən rəhbər vəzifələrdə çalışmış, bir sıra orden-medallarla, o cümlədən, «Moskvanın fəxri inşaatçısı» döş nişanı ilə təltif olunmuşdur.
|
İqtisad elmləri namizədi, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit kafedrasının dosenti Cahangir İsmayılov (1936–2010) 12 iyun 1936-cı il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Göynük kəndində anadan olub.
|
|
|
Tanınmış mədəniyyət işçisi Namiq Qaffarov 12 iyun 1957-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, uzun müddət müxtəlif mədəniyyət müəssisələrində rəhbər vəzifələr tutmuş, o cümlədən, 8 il Sumqayıt şəhər mədəniyyət və turizm idarəsinin rəisi, 5 il Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının direktoru olmuşdur.
|
Tanınmış tərcüməçi və turizm sahəsi üzrə peşəkar kadr Nasif İmaməliyev 12 iyun 1957-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Orta Zəyzid kəndində anadan olub.
|
|
|
Tanınmış hüquqşünas Vüqar Məmmədov 12 iyun 1972-ci il tarixdə Şəkidə anadan olub. O, 2017-ci ildən Gəncə Hərbi Məhkəməsinin sədri vəzifəsində çalışır. 2008 – 2013-cü illərdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin, 2013 – 2017-cı illərdə isə Bakı Apelyasiya Məhkəməsinin hakimi olmuşdur.
|
2019-cu il şahmat üzrə yeniyetmələrin şəxsi Avropa birinciliyinin – U-08 yaş kateqoriyası, oğlanlar arasında, – bürünc medalçısı, məktəblilərin Avropa çempionatının – U-09 yaş kateqoriyası, oğlanlar arasında, – qalibi Yusif Kərimli 12 iyun 2011-ci il tarixdə Şəkidə anadan olub.
|
|
|
Tanınmış teatr xadimi, Azərbaycan SSR əməkdar artisti, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyoru Məmmədkəbir Hacıoğlu (1906–1977) 12 iyun 1977-ci il tarixdə – 71 yaşında, Şəkidə vəfat edib. O, 1940-cı illərdə M.Ə.Sabir adına Nuxa Dövlət Dram Teatrının direktoru olmuşdur.
|
|
Həmçinin, bax:[HTML redaktə]
Xülasə sayı: 7 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)






