Şablon:13 mart
Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
|
13 mart 1933-cu il tarixdə Nuxa ipək kombinatı firqə kollektivinin və yerli komitəsinin orqanı olan çoxtirajlı “İpəkçi” qəzetinin birinci sayı Rəsul Rəsullunun redaktorluğu ilə çapdan çıxıb. Şəkil: “İpəkçi” qəzetinin 1-ci sayının üz səhifəsi.
|
Vaxtilə Şəkidə iti hafizəsinə, dünyagörüşünə və savadına görə “yeriyən canlı ensiklopediya” adlanmış Baxşəli Axundov (1898–1985) 13 mart 1898-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
|
|
|
Tanınmış teatr xadimi, Azərbaycan Respublikasının əməkdar artisti, Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru və aktyoru Novruz Cəfərov 13 mart 1953-cü il tarixdə Şamxor (indiki Şəmkir) rayonunun Könüllü kəndində anadan olub. O, Ağdam Dövlət Dram Teatrının sabiq baş rejissorudur. Həmçinin daha əvvəl uzun müddət Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında çalışmışdır.
|
Birinci Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əjdər Salamov (1975–1993) 13 mart 1975-ci il tarixdə Şəki rayonunun Baş Şabalıd kəndində doğulmuşdur.
|
|
|
Sovet dövründə Bakının bir sıra iri sənaye müəssisələrində rəhbər vəzifələr tutmuş Fikrət Əzizov (1930–1998) 13 mart 1998-cı il tarixdə – 67 yaşında, Bakıda vəfat edib. Şəkidə – Məhəmməd əfəndi qəbiristanlığında dəfn olunub. O, müxtəlif illərdə Bakı məişət kondisionerləri zavodunun direktor müavini, “Azərelektrikişıq” Bakı İstehsalat Birliyinin baş direktoru və s. vəzifələrdə çalışmışdır.
|
Tanınmış jurnalist-publisist və şair Abdulqəni Qədirov (1940–2001) 13 mart 2001-cü il tarixdə – 61 yaşında, vəfat edib. Orta Zəyzid kənd qəbiristanlığında dəfn olunub. O, uzun müddət “Azərbaycan gəncləri” qəzetinin məsul katibi, bir müddət isə “Naxçıvan” qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Həmçinin, bax: Vizual/Mobil redaktə
Xülasə sayı: 6 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)





