Fikrət Əzizov
| Fikrət Əzizov | |
|---|---|
| Əzizov Fikrət Vahid oğlu | |
| Fikrət Əzizov. | |
| Anadan olub | 29 mart 1930 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vəfat edib | 13 mart 1998 (67 yaşında) |
| Vəfat etdiyi yer |
Bakı, |
| Dəfn yeri |
Məhəmməd əfəndi qəbiristanlığı, Şəki, |
| Həyat yoldaşı | Elmira |
| Atası | Vahid |
| Anası | Heyran |
| Təhsili | Azərbaycan Politexnik İnstitutu, dəmir yolu nəqliyyatı fakültəsi (1949–1954) |
Fikrət Əzizov (1930–1998) — sovet dövründə Bakının bir sıra iri sənaye müəssisələrində rəhbər vəzifələr tutmuş şəxs. Müxtəlif illərdə Bakı məişət kondisionerləri zavodunun direktor müavini, “Azərelektrikişıq” Bakı İstehsalat Birliyinin baş direktoru və s. vəzifələrdə çalışmışdır.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
29 mart 1930-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbini bitirib.
1949 – 1954-cü illərdə Azərbaycan Politexnik İnstitutunun dəmir yolu nəqliyyatı fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1954 – 1956-cı illərdə Şimali Qafqaz Dəmir Yollarının Proxladnıy stansiyasında texniki kontorunun rəisi,
1956 – 1958-ci illərdə Azərbaycan Dəmir Yollarının Keşlə stansiyasında dispetçer,
1960-cı ilədək Sumqayıt Alüminium zavodunda nəqliyyat sexinin rəisi,
1960 – 1962-ci illərdə Azərbaycan SSR Maşınqayırma İdarəsində şöbə rəisi,
1962-ci ildən Bakı məişət kondisionerləri zavodunun direktor müavini,
1975-ci ildən “Azərelektrikişıq” Bakı İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
13 mart 1998-cı il tarixdə – 67 yaşında, Bakıda vəfat edib. Şəkidə – Məhəmməd əfəndi qəbiristanlığında dəfn olunub.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Əzizov Fikrət // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 134-135. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |