Şablon:15 avqust

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə bir-bir Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Mustafa Qədimov
Mustafa Qədimov

Tanınmış energetik-mühəndis Mustafa Qədimov (1909–1992) 15 avqust 1909-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, bir sıra sənaye müəssisələrinin, o cümlədən, V.İ.Lenin adına Nuxa İpək Kombinatının direktoru vəzifəsində çalışmış, həmçinin, bir müddət Nuxa şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur.



Nərgiz Əsgərzadə
Nərgiz Əsgərzadə

Memarlıq elmləri namizədi, Azərbaycan SSR əməkdar arxitektoru Nərgiz Əsgərzadə (1929–2016) 15 avqust 1929-cu il tarixdə Bakıda pedaqoq ailəsində anadan olub. O, 1971 – 1990-cı illərdə Azərbaycan SSR Nizami adına Ədəbiyyat Tarixi Muzeyinin direktor müavini, 1990 – 2007-ci illərdə isə AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır.



Vahab Allahverdiyev
Vahab Allahverdiyev

Tanınmış teatr aktyoru Vahab Allahverdiyev (1958–2012) 15 avqust 1958-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Böyük Dəhnə kəndində anadan olub. O, uzun müddət Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyoru olmuşdur.



Hacı Səlim əfəndi
Hacı Səlim əfəndi

Tanınmış din xadimi, Şəki–Zaqatala bölgəsinin qazısı Hacı Səlim əfəndi (1940–2019) 15 avqust 2019-cu il tarixdə – 79 yaşında, Şəkidə vəfat edib. O, 1987-ci ildə Şəki–Zaqatala zonasına qazı təyin olunmuş və ömrünün sonuna qədər həmin vəzifədə çalışmışdır.



Tacəddin Aslanov
Tacəddin Aslanov

Tanınmış hüquqşünas, Şəki rayon Xalq Məhkəməsinin sədri Tacəddin Aslanov 15 avqust 1978-ci il tarixdə – 48 yaşında, Şəkidə ürək tutmasından vəfat edib. O, 1970 və 1975-ci illərdə Şəki Rayon Xalq Məhkəməsinin hakimi seçilmişdir. 1975-ci ildən həm də Şəki Rayon Xalq Məhkəməsinin sədri idi.



<<əvvəlki gün 15 avqust sonrakı gün>>

Həmçinin, bax:[HTML redaktə]

Xülasə sayı: 5  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)