Şablon:16 yanvar

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Aydın Məmmədov
Aydın Məmmədov

Türkoloq və ədəbiyyatşünas alim, filologiya elmləri namizədi, ictimai-siyasi xadim, Azərbaycan Respublikası Ali Sovetinin deputatı və rəyasət heyətinin üzvü Aydın Məmmədov (1944–1991) 16 yanvar 1944-cü il tarixdə Nuxa (indiki Şəki) rayonunun Kiş kəndində anadan olub.



Cəbrayıl Hüseynov
Cəbrayıl Hüseynov

Aqrar elmlər doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, “Stalin” mükafatı laureatı, Azərbaycan SSR əməkdar elm xadimi Cəbrayıl Hüseynov (1913–1974) 16 yanvar 1913-cü il tarixdə Nuxada anadan olub.



Mustafa Sadıqov
Mustafa Sadıqov

Tanınmış iqtisadçı alim-pedaqoq, Azərbaycan Respublikasının əməkdar müəllimi, iqtisad elmləri namizədi, Azərbaycan Dövlət İqtisad Universitetinin tətbiqi iqtisadiyyat kafedrasının dosenti Mustafa Sadıqov 16 yanvar 1953-cü il tarixdə Bakıda anadan olub.



İkram İsrafil
İkram İsrafil

2006 – 2011-ci illərdə 41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş İkram İsrafil 16 yanvar 1964-cü il tarixdə Nuxa (indiki Şəki) rayonunun Bideyiz kəndində doğulub.



İsmayıl Alxazov
İsmayıl Alxazov

Görkəmli hüquqşünas İsmayıl Alxazov (1927–2008) 16 yanvar 1927-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, uzun müddət SSRİ Ali Məhkəməsində işləmiş, 20 ilə yaxın müddət ərzində SSRİ Ali Məhkəməsinin hakimi olmuşdur.



Əsabəli Quliyev
Əsabəli Quliyev

Pedaqoq-alim, pedaqoji elmlər namizədi, Azərbaycan SSR əməkdar texniki peşə təhsili işçisi Əsabəli Quliyev (1939–2022) 16 yanvar 1939-cu il tarixdə Nuxa (indiki Şəki) rayonunun Oxud kəndində anadan olub. O, Azərbaycan SSR/Azərbaycan Respublikası Peşə Təhsili Komitəsi Elmi-Tədqiqat və Metodiki İdarəsinin rəisi, Respublika tədris metodikası kabinetinin direktoru, Azərbaycan Müəllimlər İnstitutunun prorektoru və s. vəzifələrdə çalışmışdır.



Almas Hüseynbəyova
Almas Hüseynbəyova

Fizika-riyaziyyat elmləri namizədi, dosent Almas Hüseynbəyova (1934–2016) 16 yanvar 2016-cı il tarixdə – 82 yaşında, Bakıda vəfat edib. Vəsiyyətinə uyğun olaraq Bakıda – əri Həmid Rəsulovun qəbrinin yanında da dəfn olunub.



Nuri Berköz
Nuri Berköz

Türkiyə Hərbi Qüvvələrinin general-polkovniki Nuri Berköz (1889–1975) 16 yanvar 1975-ci il tarixdə – 86 yaşında, İstanbulda vəfat edib. O, 1949 – 1950-ci illərdə Türkiyə jandarmeriyasının baş komandanı olmuşdu.






<<əvvəlki gün 16 yanvar sonrakı gün>>

Həmçinin, bax:[HTML redaktə]

Xülasə sayı: 8  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)