Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə bir-bir Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Cəfər Cəfərov
Cəfər Cəfərov

Tanınmış pedaqoq və Şəki xan nəslinin davamçılarından biri Cəfər Cəfərov (1917–1990) 1 iyul 1917-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.



Elşən Zəkəriyyəbəyli
Elşən Zəkəriyyəbəyli

Bəxtiyar Vahabzadənin ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli 1 iyul 1961-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Qoxmuq kəndində anadan olub.



Fikrət Məmmədov
Fikrət Məmmədov

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, əməkdar hüquqşünas və I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov 1 iyul 1955-ci il tarixdə Bakıda anadan olub. O, daha əvvəl ədliyyə naziri və məhkəmə-hüquq şurasının sədri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin xalası oğludur.



Gülarə Abdulkərimova
Gülarə Abdulkərimova

4 şeir kitabının müəllifi olan şairə Gülarə Abdulkərimova 1 iyul 1947-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun İkinci Biləcik kəndində anadan olub.



Heydər Əfəndiyev
Heydər Əfəndiyev

Kimya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan SSR EA Kimya İnstitutunun direktoru Heydər Əfəndiyev (1907–1967) 1 iyul 1907-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.



Nəcməddin Əhmədov
Nəcməddin Əhmədov

İqtisad elmləri namizədi, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) dosenti Nəcməddin Əhmədov (1932–2008) 1 iyul 1932-ci il tarixdə Nuxa (indiki Şəki) rayonuun Oxud kəndində anadan olub.



Rəhman Hümmətov
Rəhman Hümmətov

Hüquq elmləri namizədi, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Rəhman Hümmətov 1 iyul 1977-ci il tarixdə Şəkidə anadan olub.



Salis Məmmədov
Salis Məmmədov

“Şəkinin səsi” və “İpəkçi” qəzetlərinin həmtəsisçisi və baş redaktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti Salis Məmmədov (1932–2009) 1 iyul 1932-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.



İsa Alimov
İsa Alimov

Tanınmış teatr xadimi, Mingəçevir Dövlət Dram Teatrının qurucularından biri, aktyoru və quruluşçu rejissoru İsa Alimov (1942–2018) 1 iyul 1942-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.



Əhməd Nəbiyev
Əhməd Nəbiyev

Tanınmış maarifçi, maarif tədqiqatçısı, pedaqoq və etnoqraf Əhməd Nəbiyev (1885–+1970) 1 iyul 1885-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. Onun Şəkidə təhsilin tarixi mövzusunda bir neçə məqaləsi çap olunmuşdur. Lakin Şəki haqqında bir neçə yüz dəftər səhifəsi həcmində qələmə aldığı tarixi-etnoqrafik yazıları isə heç vaxt çap olunmayıb.



Mustafa Cabbarzadə
Mustafa Cabbarzadə

Sovet dövrünün ortalarında Şəkidə tanınmış pedaqoqlardan biri olmuş və toxuculuq texnikumunun direktoru vəzifəsində çalışmış Mustafa Cabbarzadə (1903–1963) 1 iyul 1963-cü il tarixdə – 60 yaşında, ağır xəstəlikdən sonra Bakıda vəfat edib.



Paşa Paşayev
Paşa Paşayev

Tanınmış pedaqoq, fizika-riyaziyyat elmləri namizədi Paşa Paşayev (1926–1988) 1 iyul 1988-ci il tarixdə – 61 yaşında, Bakıda vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.


<<əvvəlki gün 1 iyul sonrakı gün>>

Həmçinin, bax: Vizual/Mobil redaktə

Xülasə sayı: 12  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)