Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Aqşin Abdullayev
Aqşin Abdullayev

Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Qarabağ müharibəsi şəhidi, mayor Aqşin Abdullayev (1982–2017) 1 oktyabr 1982-ci il tarixdə Şəki rayonunun Kiş kəndində anadan olub.



Nicat Məmmədov
Nicat Məmmədov

Qrafist-rəssam, Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “NR-Pro” şirkətinin qrafist-dizayneri Nicat Məmmədov 1 oktyabr 1988-ci il tarixdə Şəkidə anadan olub. O, Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində rəssam-keramist, Şəki Dövlət Dram Teatrında quruluşçu rəssam və s. vəzifələrdə də çalışmışdır.



Nərgiz Əsgərzadə
Nərgiz Əsgərzadə

Memarlıq elmləri namizədi, Azərbaycan SSR əməkdar arxitektoru Nərgiz Əsgərzadə (1929–2016) 1 oktyabr 2016-cı il tarixdə – 87 yaşında, Bakıda vəfat edib. Şəkidə dəfn olunub. O, 1971 – 1990-cı illərdə Azərbaycan SSR Nizami adına Ədəbiyyat Tarixi Muzeyinin direktor müavini, 1990 – 2007-ci illərdə AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır.



Qurban Cəlilov
Qurban Cəlilov

Texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunun yeraltı hid­ro­dinamika şöbəsinin rəhbəri Qurban Cəlilov (1927–2000) 1 oktyabr 2000-ci il tarixdə – 72 yaşında, Bakıda vəfat edib.



Rəşad Əhmədov
Rəşad Əhmədov

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Rəşad Əhmədov (2002–2020) 1 oktyabr 2020-ci il tarixdə – 18 yaşında, Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yaxınlığına düşmüş düşmən mərmisinin partlaması nəticəsində qəhrəmancasına həlak olub.



Yaşar Babayev
Yaşar Babayev

Tanınmış musiqiçi-pedaqoq, Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin sabiq direktoru və həmin məktəbinin müəllimlərdən ibarət xalq çalğı alətləri ansamblının sabiq rəhbəri Yaşar Babayev (1950–2018) 1 oktyabr 2018-ci il tarixdə – 68 yaşında, Şəkidə vəfat edib. Şəkidə Çöl qəbiristanlığında dəfn olunub.


<<əvvəlki gün 1 oktyabr sonrakı gün>>

Həmçinin, bax: Vizual/Mobil redaktə

Xülasə sayı: 6  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)