Şablon:3 sentyabr
Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə bir-bir Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
|
Tanınmış pedaqoq, kimya müəllimi, Şəki şəhər qarışıq tipli internat məktəbinin və Rəşid bəy Əfəndiyev adına Şəki şəhər 10 saylı tam orta məktəbinin sabiq direktoru Niyazi Əsgərov (1946–2021) 3 sentyabr 1946-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
|
Texniki elmlər namizədi, AMEA M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun sabiq baş elmi işçisi Sabir Qafarov 3 sentyabr 1946-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, 1999-cu ildən Hollandiyada yaşayır.
|
|
|
Şəki xanı və sabiq Xoy xanı Cəfərqulu xan Xoyski (?–1814) 3 sentyabr (22 avqust) 1814-cu il tarixdə Nuxada (indiki Şəki) vəfat edib (Kərbəlada dəfn olunub). O, Şəkinin xanı olarkən Şəki xanlığının Rusiyaya ödəməli olduğu bacı birtərəfli olaraq 7 min çervondan 9 min çervona qaldırmışdır. Xanlıq ərazisində “Xan bağı” adlı bir bağ saldırmış, Nuxada bir möhtəşəm karvansara və bir məbəd tikdirmişdir. Bunlardan başqa, Avropa üslubunda bir qala tikdirmək də istəyirdi, lakin vəfatı səbəbi ilə bu niyyətini həyata keçirə bilmədi. Şəkil: Cəfərqulu xanın tikdirdiyi karvansara (Şəki, 2019-cu il).
|
Tanınmış mühəndis-energetik, rele mühafizəsi və avtomatika sahəsi üzrə mütəxəssis, “ATEF Şirkətlər Qrupu”nun Elektrik təchizatı departamentinin rəhbəri Əsgər Əsgərzadə (1958–2025) 3 sentyabr 2025-ci il tarixdə – 67 yaşında, Bakıda vəfat edib. Bakı-Böyük Kəsik dəmir yolu və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin enerji infrastrukturunun qurulmasında və Azərbaycanda elektrik təchizatı sahəsində gənc mühəndis və texniki mütəxəssislərin yetişməsində onun xidmətləri olub.
|
|
|
|
|
Həmçinin, bax:[HTML redaktə]
Xülasə sayı: 4 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)



