Şablon:6 iyun
Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə bir-bir Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
|
Tanınmış gənc kamança ifaçısı, beynəlxalq və ölkə əhəmiyyətli bir sıra musiqi müsabiqələrinin qalibi, yaxud mükafatçısı Abid Çələbi 6 iyun 2008-ci il tarixdə Şəkidə anadan olub.
|
Tanınmış həkim-cərrah, Böyük Vətən müharibəsi iştirakçısı, tibb-polkovniki, Azərbaycan SSR əməkdar həkimi, Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Fərrux Həmidzadə (1913–1974) 6 iyun 1913-cü il tarixdə Nuxada (indiki Şəki), fəhlə ailəsində anadan olub.
|
|
|
Görkəmli dövlət xadimi, Azərbaycan KP MK-nın ideoloji işlər üzrə katibi Nazim Hacıyev (1924–1962) 6 iyun 1924-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, 1940-cı illərin ikinci yarısından 1960-cı illərin əvvəllərinədək Azərbaycan SSR-də yüksək komsomol və partiya vəzifələrində çalışmış, həmçinin, ÜLKGİ MK-nın büro üzvü, Sov.İKP MK-da məsul təşkilatçı və sektor müdiri olmuşdur.
|
Tanınmış elektromexanik və pedaqoq Ramiz Xəlifəzadə (1927–2014) 6 iyun 1927-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, uzun müddət Bakı Tibb Avadanlıqlarının Təmiri Zavodunun Şəki rayonlararası filialının müdiri vəzifəsində çalışmış və Şəki şəhər 7 №-li orta məktəbində dərs demişdir.
|
|
|
Beynəlxalq səviyyədə tanınmış Quran qaresi, Şəki Hafizlik kursunun Quran müəllimi və Şəki Mərkəzi Cümə Məscidinin imam müavini Tural Məmmədov 6 iyun 1983-cü il tarixdə Şəkidə anadan olub.
|
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisi Tərxan Tahirli 6 iyun 1994-cü il tarixdə Şəkidə anadan olub.
|
|
|
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Vaqif Kərimov (1940–2025) 7 iyun 2025-ci il tarixdə – 84 yaşında, uzun sürməyən xəstəlikdən sonra Şəkidə vəfat edib.
|
|
Həmçinin, bax: Vizual/Mobil redaktə
Xülasə sayı: 7 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)






