Abid Çələbi
| Abid Çələbi | |
|---|---|
| Çələbiyev Abid Ramil oğlu | |
| Abid Çələbi. | |
| Şəxsi məlumatlar | |
| Təvəllüdü | 6 iyun 2008 |
| Anadan olduğu yer |
Şəki, |
|
|
|
| Musiqi aləti | kamança |
| facebook səhifəsi youtube kanalı |
|
Abid Çələbi — tanınmış gənc kamança ifaçısı, beynəlxalq və ölkə əhəmiyyətli bir sıra musiqi müsabiqələrinin qalibi, yaxud mükafatçısı.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
6 iyun 2008-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
2014-cü ildən Şəki şəhər 7 saylı tam orta məktəbində təhsil alıb.
2017 – 2020-cı illərdə Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin kamança sinfində təhsil alıb.
2020-ci ildən musiqi təhsilini Şəki şəhər 2 saylı uşaq musiqi məktəbində davam etdirib.
2022 ildən etibarən Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının 9-cu sinfinə qəbul olunub.
2025-ci ildə Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının məzunu olub.
Musiqi sahəsində uğurları[Vizual/Mobil redaktə | HTML redaktə]
- Habil Əliyev adına Gənc kamança ifaçıları müsabiqəsi – 3-cü yer laureat (2018, Azərbaycan);
- “Evde sanat var” musiqi müsabiqəsi – mükafatçı (iyun, 2020; Türkiyə);
- “Golden Time” musiqi müsabiqəsi – 1-ci yer (iyun, 2020; London, Böyük Britaniya);
- “Gates of Hope” musiqi müsabiqəsi – 1-ci yer (mart, 2020; İsrail);
- Qara Qarayev adına musiqi müsabiqəsi – 1-ci yer və C.Cahangirovun Rondo əsərinin virtouz ifaçısı diplomu (mart, 2020; İsrail);
- “Üç alov” musiqi müsabiqəsi – 1-ci yer (1 iyun, 2020; Azərbaycan);
- “Art Olimpia 2021” musiqi müsabiqəsi – 1-ci yer (iyun, 2020; Azərbaycan);
- “Austrian Stars” beynəlxalq musiqi müsabiqəsi – 1-ci yer (noyabr; Avstriya);
- “Cantabile e presto” musiqi müsabiqəsi – 1-ci yer (2021; Kazan, Tatarıstan Respublikası, Rusiya Federasiyası);
- “Payız əfsanələri – 2021” musiqi müsabiqəsi – 1-ci yer (2021; Bakı, Azərbaycan);
- “Böyük Qafqaz İncəsənət və Rəqs Kuboku” – 2 nominasiya və hər ikisi 1-ci yer (2022, Şəki, Azərbaycan);
- “Art Olimpia 2022” – 2 nominasiya və hər ikisi 1-ci yer (2022 Bakı, Azərbaycan);
- “Könlüm keçir Qarabağdan” respublika müsabiqəsi – 1-ci yer (2022, Şuşa, Azərbaycan);
- “Adilia Aliyeva 17-ci beynəlxalq musiqi müsabiqəsi” – 1-ci yer (2022, Cenevrə, İsveçrə);
- “Qalib ölkənin qalibləri 2022” diplomu – (22 dekabr 2022-ci il, Azərbaycan).
- Арт Искусство Междунароный конкурс-фестиваль -2-ci yer Başqırdıstan,Ufa 2022
- Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Gənc ifaçıların IV Respublika Müsabiqəsi - 3-cü yer (Azərbaycan ,Bakı)
- Kazaxıstan Respublikasının təşkil etdiyi "Talantlar Aləmi" Beynəlxalq Müsabiqəsi - 2-ci yer
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi,Heydər Əliyev Mərkəzi və Azərbaycan respublikası Təhsil Nazirliyinin təşkil etdiyi "Uşaq İncəsənət Festivalı" - 3-cü yer. Azərbaycan,Bakı 2023
- "Golden Fleece" Beynəlxalq Festival-Müsabiqə - "Qran Pri" (iyun 2024; Bakı, Azərbaycan)
- "Azerbaijan Grand Festival" Beynəlxalq İncəsənət Festival-Müsabiqəsi - 1-ci yer (iyun 2024; Bakı, Azərbaycan)
- Qazaxıstanda keçirilmiş "Ahmet Jubanov adına Gənc İstedadların Beynəlxalq Müsabiqəsi" - 1-ci yer (noyabr 2024, Almatı, Qazaxıstan)
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Zəfər Festivalı" - 1-ci yer (2024, Bakı, Azərbaycan)
- Qazaxıstan Respublikasının təşkil etdiyi "Біз бақытты баламыз" adlı beynəlxalq konkurs -1-ci yer. (Azərbaycan,Bakı,2025)
- Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş Xalq çalğı alətləri ifaçılarının və xanəndələrin respublika müsabiqəsi -1-ci yer. (Azərbaycan,Bakı, 2025)
- Moskvada keçirilən Qara Qarayev adına II beynəlxalq müsabiqə - 1-ci yer. (Moskva, 2025)
Digər[Vizual/Mobil redaktə | HTML redaktə]
25 Dekabr 2021-ci il tarixdə Şəkidə 2 saylı Uşaq Musiqi Məktəbinin rəhbərliyi və təşkilatçılığı ilə solo konserti təşkil olunub.
2022-ci ilin yanvar ayında bədii rəhbər və dirijor Azərbaycan Respublikasının xalq artisti Ağaverdi Paşayevin və əməkdar artist İlahə Hüseynovanın rəhbərliyi ilə “Gənclərə dəstək” layihəsində, iyul ayında isə Şuşa ili çərçivəsində “Milli musiqi alətlərimiz – milli sərvətimizdir” adlı layihəsində M.Moqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Çalğı alətlərinin müşayiəti ilə çıxış edib.
2022-ci ildə Türkiyənin Antalya şəhərində Şuşanın 270-ci ilinə həsr olunmuş"Cənnətin Qarabağ "adlı konsert proqramında çıxış etmişdir.
Mədəniyyət və İncəsənət sahəsində qazandığı uğurlara görə 2022-ci ildə Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi tərəfindən "Qalib ölkənin qalibləri 2022" mükafatına layiq görülüb.
2023-cü il 27 iyul tarixində Heydər Əliyev adına konqres mərkəzində XIII Qəbələ Beynəlxalq Musiqi festivalında çıxış etmişdir.
2024-cü il martın 15-də Azərbaycan Milli Konservatoriyasının Böyük zalında, 5 may 2024-cü ildə isə Şəki Dövlət Regional Kollecinin zalında Respublika İncəsənət Gimnaziyasının rəhbərliyi və təşkilatçılığı ilə solo konserti olmuşdur.
2024-cü il 18 sentyabrda dahi bəstəkar Üzeyir Hacıbəyli adına XVI beynəlxalq musiqi festivalının açılışında bəstəkarın ev muzeyində çıxış etmişdir.
Bakı Xoreoqrafiya Akademiyasında keçirilmiş "Türk dünyasında musiqi,rəqs və qlobal musiqi tarixində ICTMD tədqiqat qruplarının birgə simpoziumda iştirak etmişdir.
2024-cü il noyabr ayında Qazaxıstanda A.Jubanov adına gimnaziyada keçirilən kamança aləti üzrə masterklass vermişdir.
2024-cü il noyabrın 9-da Moskvada fəaliyyət göstərən Qara Qarayev adına Musiqi Məktəbinin təşkil etdiyi “Konsonans” beynəlxalq festivalı çərçivəsində Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş konsertdə böyük uğurla çıxış edib.
2024-cü ilin dekabr ayında "Muzeydə musiqi"layihəsi çərçivəsində konsertdə çıxışı olub.
2025-ci il fevralında Tahir Salahovun ev muzeyində "Gənclər günü" adlı konsertdə çıxış etmişdir.
2025 mart ayında Azərbaycan Milli Konservatoriyası tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyası,Musiqi kolleci və Sumqayıt musiqi kollecinin müəllim,tələbə və şagirdlərinin birgə konsertində iştirak etmişdir.
"Gənclərə dəstək" layihəsi çərçivəsində Qadınlar gününə həsr olunmuş konsert proqramında çıxış etmişdir.
Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş müsabiqənin qala konsertində qalib kimi çıxış etmişdir.
Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |