Şablon:Bilirsinizmi?

- 16 oktyabr 2026-cı il tarixdə — tanınmış mədəniyyət işçisi Natiq Rəsulov 68 yaşında Bakıda vəfat edib. O, 1996 – 2001-ci illərdə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

- 5 oktyabr 2026-cı il tarixdə — V Şəki Beynəlxalq Teatr Festivalının sonuncu günü, “Şəki Ensiklopediyası” MMC-nin və eyniadlı media subyektinin təsisçisi və baş redaktoru Aydın Məmmədov festivalın təşkilatçılarının təşəkkürnaməsi ilə təltif olunub.

- 3 oktyabr 2026-cı il tarixdə — riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Abdurahmanov təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

- 22 sentyabr 2026-cı il tarixdən — Qazaxıstanın Kostanay vilayətində yaşayan azərbaycanlıların “Birlik” ictimai cəmiyyətinin sədri Rafail Hacıbalayev Qazaxıstan Xalq Şurasının üzvüdür.

- 4 sentyabr 2026-cı il tarixdə — Oğuzdakı “Korifey” restoranında Nazim Hüseynlinin yeni çapdan çıxmış “Oğuz rayonu və tanınmış insanları” adlı kitabının təqdimat mərasımi baş tutub.

- 1 sentyabr 2026-cı il tarixdə — Aytən Rüstəmova Avropa Yenidənqurma və İnkişaf Bankının Kiçik və Orta Biznes Ekosisteminin İnkişafı üzrə rəhbəri vəzifəsinə təyin olunub (baş ofis, London). Buna qədər o, Bişkekdə həmin bankın Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə regional direktoru idi.

- 1 sentyabr 2026-cı il tarixdə — Süleyman Süleymanlı şahmat üzrə Beynəlxalq Usta (IM) titulu alıb. O, məktəblilərin 2015-ci il Avropa çempionatının qızıl, 2019 və 2023-cü illər Dünya çempionatlarının isə gümüş mükafatçısıdır.

- 12 iyul 2026-cı il tarixdə — tanınmış musiqiçi və musiqiçi-pedaqoq, “Zirvə” vokal-instrumental ansamblının yaradıcılarından biri və solisti Taleh Yusubov 75 yaşında, Şəkidə vəfat edib.

- 23 iyun 2026-cı il tarixdə — Şəki Şəhər İcra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri – Şəkinin baş memarı Cahangir Nəbiyev “Tərəqqi” medalı ilə təltif olunub.

- 7 iyun 2026-cı il tarixdə — Rahim Həsənov və Aydın Məmmədovun birlikdə yazdıqları Hacı Çələbi xan adlı monoqrafiya “Savad” nəşriyyatında çap olunub. Monoqrafiyanın nəşrinə AMEA Şəki Regional Elmi Mərkəzinin 21 aprel 2024-cü il tarixli 3 №-li protokoluna əsasən icazə verilmişdi.
Redaktorlar bu şablonla bağlı eksperimentlərini bu şablonun sandbox (yarat | bax) və testcases (yarat) səhifələrində həyata keçirə bilərlər Göstərilməsi lazım olan kateqoriyalar /doc səhifəsinə əlavə edilməlidir (bu şablondakı bütün alt səhifələr). |