Hacı Çələbi xan (kitab)
“Hacı Çələbi xan” kitabı — XVIII əsr Azərbaycan dövlətçiliyinin ən parlaq simalarından biri hesab edilən və həmin əsrin ortalarında Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəsinə önəmli töhfələr verən Şəki xanı Hacı Çələbi xanın həyat və fəaliyyətinə həsr edilmiş elmi-tarixi araşdırma – monoqrafiya. Müəlliflər AMEA Şəki Regional Elmi Mərkəzinin Tarix və epiqrafika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Rahim Həsənov və Sabit Rəhmanın Ev-Muzeyinin baş fond mühafizi Aydın Məmmədovdur. Monoqrafiyanın nəşrinə AMEA Şəki Regional Elmi Mərkəzinin 21 aprel 2024-cü il tarixli 3 №-li protokoluna əsasən icazə verilmiş, 2026-cı ilin iyun ayının əvvəlində “Savad” nəşriyyatında 252-səhifəlik kitab şəklində çap edilmişdir. Elmi redaktor tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa, “Ön söz” müəllifi Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar İskəndərovdur.
| Hacı Çələbi xan (elmi-tarixi araşdırma) | |
|---|---|
| | |
| “Hacı Çələbi xan” kitabı, üz qabığının görünüşü. | |
| Müəlliflər | Rahim Həsənov və Aydın Məmmədov |
| Janr | elmi-tarixi araşdırma |
| Orijinalın dili | azərbaycanca |
| Ölkə | Azərbaycan |
| Şəhər | Bakı |
| Rəssam | Asim Abbasov |
| Tərtibat | Dinar Həmidova (bədii redaktor) |
| Nəşriyyat | Savad |
| Nəşr | AMEA Şəki Regional Elmi Mərkəzi |
| Səhifə | 252 |
| Növ | monoqrafiya |
| Tiraj | 100 |
| ISBN 978-9952-602-07-4 | |
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |