Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!

Rahim Həsənov

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Rahim Həsənov
Həsənov Rahim Rafiq oğlu
Rahim Həsənov
Rahim Həsənov, 2019-cu il.
Təvəllüdü 9 aprel 1981 (1981-04-09) (45 yaş)
Anadan olduğu yer Şəki, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ→ Azərbaycan
Elm sahəsi tarix
İş yeri AMEA Şəki Regional Elmi Mərkəzi, tarix və epiqrafika şöbəsi (müdir)
Elmi dərəcəsi tarix üzrə fəlsəfə doktoru
Təhsili

 • Bakı Dövlət Universiteti, bakalavriat (1998–2002)

 • Sumqayıt Dövlət Universiteti, magistratura (2005–2007)

 • AMEA Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti şöbəsini, doktorantura (2012–2023)
Atası Rahim Rafiq oğlu Həsənov
Mükafatları "Tərəqqi" medalı
facebook səhifəsi

Rahim Həsənov — tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müəllimi, AMEA Şəki Regional Elmi Mərkəzinin Tarix və epiqrafika şöbəsinin müdiri.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

9 aprel 1981-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1998 – 2002-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində bakalavr,

2005 – 2007-ci illərdə isə Sumqayıt Dövlət Universitetinin politologiya fakültəsində magistr təhsili alıb.

2012 – 2023-cü illərdə AMEA Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti şöbəsinin doktorantı olub.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

2003-cü ildən Şəki şəhər 20 saylı tam orta məktəbində tarix müəllimi,

2011-ci ildən AMEA Şəki Regional Elmi Mərkəzində elmi işçi vəzifəsində çalışır.


Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

15 sentyabr 2023-cü il tarixdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.30 saylı Dissertasiya şurasının iclasında 5503.02 –“Vətən tarixi” ixtisası üzrə “Azərbaycan Xalq Cümhuriyyəti siyasi xadimlərinin dövlətçilik fəaliyyəti (1917-ci il fevral-1918-ci il may)” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün fəlsəfə doktoru dissertasiya işini müdafiə edib.

30-dan çox elmi işin müəllifidir. O cümlədən, 7 məqaləsi xaricdə çap olunub.

İctimai-siyasi aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]

2004 – 2010-cu illərdə “Çağdaş İntibah Gənc Maarifçilər” İctimai Birliyinin sədri olub.

Yeni Azərbaycan partiyasının üzvüdür.

2019-cu ildə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 115 saylı Şəki Kənd İkinci Seçki Dairəsindən namizədliyi irəli sürülüb, lakin seçilməyib.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

  • “Tərəqqi” medalı – Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə (2009)[1];
  • 5 min manat pul mükafatı – 2012/2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi[2].

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəlidir, iki övladı var.

İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. "Həsənov Rahim Rafiq oğlu". AMEA (azərb.). Şəki Regional Elmi Mərkəzi. https://shrem.az/. 9 Sep 2018 tarixində arxivləşdirilib.
  2. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (2013). "2012/2013-cü tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında". https://president.az/ (azərb.). Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 10 Mar 2014 – 9 Nov 2017 tarixində arxivləşdirilib.
  3. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (2009). "Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında". http://frameworks.e-qanun.az (azərb.). E-qanun.az. 8 Apr 2021 tarixində arxivləşdirilib.
  4. "Həsənov Rahim Rafiq oğlu". https://gencalimler.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası. 14 Sep 2016 – 30 Nov 2020 tarixində arxivləşdirilib.

Bildiriş[HTML redaktə]