Şahid İsmayılov
| Şahid İsmayılov | |
|---|---|
| İsmayılov Şahid Nəzir oğlu | |
| Şahid İsmayılov. | |
| Anadan olub | 8 yanvar 1959 |
| Anadan olduğu yer |
Baş Şabalıd, Nuxa (indiki Şəki) rayonu, |
| Vətəndaşlıq |
|
| Milliyyəti | azərbaycanlı |
| Təhsili |
• Şəki Pedaqoji Texnikumu (1974–1978) • V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, ümumi texniki fənlər fakültəsi (1978–1982) |
| facebook səhifəsi | |
Şahid İsmayılov — Şəki Dövlət Regional Kollecinin tərkibində fəaliyyət göstərən Şəki Texniki Kollecinin sabiq rəhbəri.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
8 yanvar 1959-cu il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Şabalıd kəndində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1974-cü ildə Baş Şabalıd kənd səkkizillik məktəbini tərifnamə ilə bitirib.
1974 – 1978-ci illərdə Şəki Pedaqoji Texnikumunda,
1978 – 1982-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun ümumi texniki fənlər fakültəsində təhsil alıb.
Hərbi xidmət[Vizual/Mobil redaktə | HTML redaktə]
1983 – 1984-cü illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1982-ci ildən Şəki Pedaqoji Texnikumunda müəllim kimi əmək fəaliyyətinə başlayıb.
2022 – 2024-cü illərdə Şəki Dövlət Regional Kollecinin tərkibində fəaliyyət göstərən Şəki Texniki Kollecinin rəhbəri olub.
İctimai-siyasi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1996-cı ildən YAP-ın üzvüdür. Həmin ildən onun təşəbbüsü və təşkilatçılığı ilə sədr özü olmaqla Yeni Azərbaycan Partiyası Şəki təşkilatının Yuxarıbaş Ərazi İlk Təşkilatı və Baş Şabalıd Kənd Ərazi İlk Təşkilatı yaradılıb.
2019-cu il bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyi irəli sürülüb, lakin seçilməyib.
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Ailəlidir, üç övladı var.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Şəki Bələdiyyəsi” qəzetinin saytı, Şəki bələdiyyəsi üzvlüyünə namizədlər, 2-ci səhifədə.
- "ŞƏKİ BƏLƏDİYYƏSİ ÜZRƏ NAMİZƏDLƏR ( 55 namizəd )". https://www.infocenter.gov.az (azərb.). İnformasiya Mərkəzi. 21 Jun 2021 tarixində arxivləşdirilib.
Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin topladığı səslər (2019)
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin siyahısı (2019)
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |