Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Şahnaz Qəhrəmanova

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Şahnaz Qəhrəmanova
Qəhrəmanova Şahnaz İsmayıl qızı
Şahnaz Qəhrəmanova
Şahnaz Qəhrəmanova.
Təvəllüdü 27 mart 1972 (1972-03-27) (54 yaş)
Anadan olduğu yer Baş Göynük, Şəki rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ→ Azərbaycan
İş yeri Bakı Dövlət Universiteti, Kimya fakültəsi, Fiziki-kolloid kimya kafedrası (baş müəllim)
Elmi dərəcəsi kimya üzrə fəlsəfə doktoru
Elmi adı dosent
Təhsili M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti (1992–1997)

Şahnaz Qəhrəmanova — kimya üzrə fəlsəfə doktoru, dosent, Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Fiziki-kolloid kimya kafedrasının baş müəllimi.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

27 mart 1972-ci il tarixdə Şəki rayonunun Baş Göynük kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1979 – 1989-cu illərdə Baş Göynük kənd orta məktəbində,

1992 – 1997-ci illərdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

2017-ci ildə kimya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.

2020-ci ildə dosent elmi adını alıb.

Çapdan çıxmış 70 elmi əsərin (50-si xarici ölkədə və 10-u beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunmaqla), bir patentin və bir monoqrafiyanın müəllifidir.

“Katalizator-substrat qeyri kovalent qarsılıqlı təsiri hesabına C-C1, C-H və C=O rabitələrinin funksionallaşdırılmasının tədqiqi” adlı doktorluq dissertasiyasının üzərində işləyir.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1997 – 2005-ci illərdə AMEA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda böyük laborant,

2005 – 2009-cu illərdə AMEA Kimya Problemləri İnstitutunda kiçik elmi işçi,

2009 – 2017-ci illərdə elmi işçi,

2017 – 2020-ci illərdə böyük elmi işçi,

2020 – 2025-ci illərdə AMEA Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb.

Pedaqoji fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

2018 – 2021-ci illərdə Bakı Dövlət Universitetində,

2017 – 2018-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində dərs deyib.

2025-ci ildən Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Fiziki-kolloid kimya kafedrasında baş müəllim vəzifəsində çalışır.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəlidir, iki övladı var.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. "Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun fəlsəfə doktorları/Qəhrəmanova Şahnaz İsmayıl qızı". http://science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 6 Jun 2021 tarixində arxivləşdirilib.

Bildiriş[HTML redaktə]