Əlövsət Cəlilov
Əlövsət Cəlilov (1949–1994) — tanınmış pedaqoq, fizika müəllimi, Azərbaycan SSR əməkdar müəllimi.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
4 fevral 1949-cu il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Zəyzid kəndində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1966-cı ildə orta məktəbi bitirib.
1966 – 1970-ci illərdə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsində təhsil alıb.
Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]
1971 – 1972-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1970 – 1971-ci və 1972 – 1973-cü illərdə Şəki rayonunun Aşağı Küngüt kənd orta məktəbində müəllim,
1973 – 1974-cü illərdə Baş Zəyzid kənd orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini,
1974 – 1978-ci illərdə həmin məktəbin direktoru vəzifəsində çalışıb.
İctimai aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]
Azərbaycan müəllimlərinin 7-ci qurultayının (may, 1987),
Azərbaycan SSR Xalq Təhsili işçilərinin respublika konfransının (noyabr, 1988),
Xalq təhsili işçilərinin ümumittifaq qurultayının (dekabr, 1988) iştirakçısı olub.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Azərbaycan SSR əməkdar müəllimi” fəxri adı (1987);
- “SSRİ maarif əlaçısı” döş nişanı;
- 3-cü dərəcəli “Əmək şöhrəti” ordeni.
- Azərbaycan SSR Maarif Nazirliyinin Fəxri fərmanı.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
28 aprel 1994-cü il tarixdə – 45 yaşında, vəfat edib.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Mete Ə. Əlövsət Cəlilov // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 125. — 500 nüsx.
- Maisqızı M. V FƏSİL. MƏNƏVİYYATIMIZIN MEMARLARI. ŞƏKİNİN ƏMƏKDAR MÜƏLLİMLƏRİ // Şəkidə təhsil: tarix, inkişaf yolu. — AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. — Bakı, 2015. — Səhifələrin sayı: 542. — Səh.: 324.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış pedaqoqlar
- 1949-cu ildə doğulanlar
- 4 fevralda doğulanlar
- Fevralda doğulanlar
- 28 apreldə vəfat edənlər
- Apreldə vəfat edənlər
- 1994-cü ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar müəllimləri
- SSRİ maarif əlaçısıları
- III dərəcəli "Əmək şöhrəti" ordeni ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- “Şəkidə təhsil: tarix, inkişaf yolu” kitabına istinad olunan məqalələr
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr