Ərhun Baxış
| Ərhun Baxış | |
|---|---|
| Ərhun Baxış Vüsal oğlu | |
| Ərhun Baxış. | |
| Anadan olub | 26 aprel 2005 |
| Anadan olduğu yer |
Şəki, |
| Atası | Baxışov Vüsal Bünyamin oğlu |
| Anası | Baxışova Nigar Mahmud qızı |
| Təhsili | Azərbaycan Dövlət İqtisad Universiteti, iqtisadiyyat və idarəetmə fakültəsi (2022–) |
| facebook səhifəsi | |
Ərhun Baxış — Azərbaycan Dövlət İqtisad Universitetinin IV kurs tələbəsi. 2025-ci ildəki aktiv ictimai fəaliyyətinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “İlin Gənci” mükafatı ilə təltif olunmuşdur.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
26 aprel 2005-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
2011 – 2022-ci illərdə Şəki şəhər 5 nömrəli tam orta məktəbində təhsil alıb.
2022-ci ildən təhsilini Azərbaycan Dövlət İqtisad Universitetin iqtisadiyyat və idarəetmə fakültəsində davam etdirir.
İctimai-siyasi aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]
Bir sıra yerli və beynəlxalq ictimai layihədə iştirak etməklə yanaşı, bəzilərində təşkilati komitənin üzvü, protokol nümayəndəsi və komanda rəhbəri olub. O cümlədən, 2025-ci ildə İndoneziyada keçirilmiş “Afrika – Asiya Gənclər Forumu 2025”-də, həmçinin, Özbəkistanda təşkil olunmuş “II Rəqəmsal Yaşıl Təşəbbüs Gənclər Forumu”nda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə iştirak edib.
2022-ci ilin mart ayından etibarən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin “İlin Gənci” mükafatı — 2025-ci ildəki aktiv ictimai fəaliyyətinə görə (05.02.2026).
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- UNEC-in tələbəsi “İlin Gənci” seçilib : [arx. 21.04.2026] // UNEC. — 2026. — 5 fevral. — Müraciət tarixi: 21.04.2026.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |