Ağamoğlan (–1753) — XVIII əsrin ortalarında Qəbələ sultanı olmuş şəxs[1][2]. 1749-cu ildə o, Şamaxıya 1000 əsgər göndərmişdi[2]. “Car salnaməsi”ndə onun öz “məmləkəti”nin olması qeyd olunur, amma həmin yerin adı çəkilmir[3], Qəbələnin rəisinin isə Səfərəli olduğu göstərilir[4]. Lakin Səfərəlinin Xauzin (?) hakimi [1] və Salyan hakimi[5][2] olduğunu göstərən mənbələr də var.

Ağamoğlan
Qəbələ sultanı
Şəxsi məlumatlar
Təvəllüdü ?
Vəfat tarixi mart 1753(1753-03-00)

1753-cü ilin mart ayının ortalarında Hacı Çələbi xanın Yeni Şamaxı xanı Hacı Məhəmmədəli xan üzərinə yürüşündə iştirak etmişdi. Hacı Çələbi xanın ağır məğlubiyyəti ilə başa çatmış bu yürüşdən sonra Hacı Çələbi xan Ağamoğlanı öldütdürdü və onun ölkəsinə öz adamını təyin etdi. Bu hadisədən cəmi bir neçə ay keçdikdən sonra Hacı Məhəmmədəli xanın ərazisinə Hüseynəli xan, Səfərəli xan, Murad xan və Ağamoğlanın qardaşı Tahir birlikdə hücum etdikdə Hacı Məhəmmədəli xan, Hacı Çələbi xandan kömək istədi. Sonda Hüseynəli xan geri çəkilməyə məcbur oldu, digərləri, o cümlədən, Ağamoğlanın qardaşı Tahir, Hacı Çələbi xanla xanla barışdı. Lakin bu barışığa baxmayaraq, sonra Hacı Çələbinin əmri ilə Ağamoğlanın qardaşı Tahir də öldürüldü[6].

İstinadlar Vizual/Mobil redaktə

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Бутков П.Г. Приложение Н (К стр. 240.) // Материалы для новой истории Кавказа, с 1722 по 1803 год (часть первая). — Санкт-Петербург: Тип. Имп. Акад. наук Издательство, 1869. — С. 387.
  2. Алиев Ф.М. Глава IV. Ликвидация иранского господства в Азербайджане в 40-х годах XVIII в. и возникновение самостоятельных феодальных государственных образований на территории Азербайджана // Антииранские выступления и борьба против турецкой оккупации в Азербайджане в первой половине XVIII в. / ред. А. С. Сумбатзаде. — Академия Наук Азербайджанской ССР, Институт Истории. — Баку: Элм, 1975. — 1,200 nüsx.
    Алиев Ф.М. Глава IV. Ликвидация иранского господства в Азербайджане в 40-х годах XVIII в. и возникновение самостоятельных феодальных государственных образований на территории Азербайджана // Антииранские выступления и борьба против турецкой оккупации в Азербайджане в первой половине XVIII в. / ред. А. С. Сумбатзаде. — Академия Наук Азербайджанской ССР, Институт Истории. — Баку: Элм, 1975. — 1,200 nüsx.
  3. Molla Məhəmməd əl-Cari. Car salnaməsi (tərcümə) // Car salnaməsi / ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər Sevda Süleymanovanındır. — Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu. — Bakı: Səda, 1997. — Səhifələrin sayı:  146. — Səh.: 46-47. — ISBN 5-86974-384-9.
    Molla Məhəmməd əl-Cari. Car salnaməsi (tərcümə) // Car salnaməsi / ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər Sevda Süleymanovanındır. — Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu. — Bakı: Səda, 1997. — Səhifələrin sayı:  146. — Səh.: 54-55. — ISBN 5-86974-384-9.
  4. Həsənov R. R., Məmmədov A. S. Hacı Çələbi xan. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Savad, 2026. — Səhifələrin sayı:  252. — 100 nüsx. — ISBN 978-9952-602-07-4.

Həmçinin, bax:

  1. Bum hakimi Ağamoğlan Sultanın etnik kökəni bəlli oldu — DNT analiz : [arx. 10.09.2026]. — 2026. — 9 sentyabr. — Müraciət tarixi: 10.09.2026.

Bildiriş Vizual/Mobil redaktə