Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!

Ayşən Mustafazadə

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Ayşən Mustafazadə
Mustafazadə Ayşən Rövşən qızı
Ayşən Mustafazadə
Ayşən Mustafazadə.
Anadan olub 12 iyul 1998 (1998-07-12) (28 yaş)
Anadan olduğu yer Bakı, Azərbaycan
Təhsili

 • Azərbaycan Dillər Universiteti, ingilis dili müəllimliyi ixtisası, bakalavriat (2015–2019)

 • Azərbaycan Dövlət Pedaqoji Universitetində, sosial pedaqogika ixtisası, magistratura (2020–2022)


 • Azərbaycan Respublikasının Təhsil İnstitutu, təhsilin təşkili və planlaşdırılması ixtisası, doktorantura (2024–)
facebook səhifəsi

Ayşən Mustafazadə — Bakı Amerika Mərkəzinin (BAM) mütəxəssisi.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

12 iyul 1998-ci il tarixdə Bakıda anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

2004 – 2015-ci illərdə Bakıdakı “Zəngi” liseyində,

2015 – 2019-cu illərdə Azərbaycan Dillər Universitetində (ingilis dili müəllimliyi ixtisası, bakalavriat),

2020 – 2022-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (sosial pedaqogika ixtisası, magistratura) təhsil alıb.

2019 – 2020-ci illərdə Arizona Dövlət Universitetində (ABŞ) ingilis dilin tədrisi metodikası, təhsilin idarəçiliyi üzrə ixtisasartırma təlimlərində iştirak edib və diplomla təltif olunub.

2022-ci ilin avqust – dekabr aylarında “MakKinzi Konsaltinq” şirkətinin (ABŞ) idarəçilik və layihə menecmenti üzrə təcrübə proqramında iştirak edib və sertifikat alıb.

2024-cu ildən Azərbaycan Respublikasının Təhsil İnstitutunda (təhsilin təşkili və planlaşdırılması ixtisası, doktorantura) təhsil alır.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

2021-ci ilin noyabr ayından 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikası Təhsil Nazirliyinin informasiya və vətəndaşlara xidmət şöbəsində mütəxəssis vəzifəsində çalışıb.

2022-ci ilin may ayından ABŞ-ın Azərbaycandakı səfirliyi ilə Azərbaycan Dillər Universitetinin birgə layihəsi olan Bakı Amerika Mərkəzində (BAM) mütəxəssis vəzifəsində çalışır.

Digər[Vizual/Mobil redaktə | HTML redaktə]

İxtiraçı-mühəndis, həvəskar tarzən, bəm tarın yaradıcısı Varid Fərzəlibəyovun nəvəsidir.

Bildiriş[HTML redaktə]