Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Aydın Rəsulov

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Aydın Rəsulov
Rəsulov Aydın Yəhya oğlu
Aydın Rəsulov
Aydın Rəsulov.
Təvəllüdü 8 oktyabr 1932(1932-10-08)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 25 iyul 1967 (34 yaşında)
Vəfat yeri Bilgəh, Bakı
Vəfat səbəbi çimərlikdə suda boğulub
Dəfn yeri Çöl qəbiristanlığı, Nuxa (indiki Şəki)
Vətəndaşlığı SSRİ
Elm sahəsi fizika-riyaziyyat
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri namizədi
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (1950–1955)

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, aspirantura və Leninqrad Dövlət Universiteti, aspirantura (1958–1962)
Həyat yoldaşı Əhmədova Ziyafət Allahyar qızı
Övladı Eldar
Elmi rəhbəri prof. V.M.Çulanovski

Aydın Rəsulov (1932–1967) — fizika-riyaziyyat elmləri namizədi, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin molekulyar fizika kafedrasının baş müəllimi.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

8 oktyabr 1932-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1950-ci ildə Nuxa şəhər M.Qorki adına 10 nömrəli orta məktəbini,

1955-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib.

1958 – 1962-ci illərdə əvvəl S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin, sonra isə Leninqrad Dövlət Universitetin aspiranturasına öz ixtisası üzrə təhsilini davam etdirib.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1967-ci ildə Leninqrad Dövlət Universitetinin professoru V.M.Çulanovskinin rəhbərliyi ilə Azərbaycan Dövlət Universitetinin Dissertasiya Şurasında “Molekullararası qarşılıqlı təsirin dihalogenmetanların metilen qrupunun valent rəqslərinin udma zolağının intensivliyinə təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Azərbaycan Dövlət Universiteti Elmi Şurasının

29 iyun 1967-ci il tarixli qərarına əsasən (protokol № 7) ona fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi verilib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1954-cü ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin molekulyar fizika kafedrasında baş laborant,

1957 – 1958-ci illərdə assistent,

1962 – 1965-ci illərdə müəllim,

1965-ci ildən isə baş müəllim vəzifəsində çalışıb.

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

25 iyul 1967-ci il tarixdə – 34 yaşında, Bakıda Bilgəh çimərliyində dənizdə boğularaq həyatını itirib. Nuxada Çöl qəbiristanlığında dəfn olunub.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəli idi, bir oğlu olub (oğlu vəfatından cəmi 6 ay əvvəl doğulmuşdu və hal-hazırda Bakı Dövlət Universitetində baş müəllimdir).

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Rəsulov Aydın // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 472-473. — 1.000 nüsx.

Bildiriş[HTML redaktə]