Elgün Hüseynov
| Elgün Hüseynov | |
|---|---|
| Hüseynov Elgün Mafər oğlu. | |
| Elgün Hüseynov. | |
| Təvəllüdü | 19 noyabr 1988 |
| Doğulduğu yer |
Şəki, |
| Atası | Hüseynov Mafər Mazay oğlu |
| Anası | Hüseynova Həqiqət Nəsir qızı |
| Həyat yoldaşı | Hüseynova Bəsti Aydın qızı |
| Uşağı | Hüseynli Arda |
| Vətəndaşlığı |
|
| İdman növü | futbol |
| facebook səhifəsi | |
Elgün Hüseynov — tanınmış futbol meneceri, Azərbaycanın futbol üzrə ikinci liqasında çıxış edən “Şəki” PFK-nun (“Sheki City” FC MMC) təsisçisi.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
19 noyabr 1988-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1995 – 2006-cı illərdə Şəki şəhər 20 nömrəli tam orta məktəbində təhsil alıb.
Hərbi xidmət[Vizual/Mobil redaktə | HTML redaktə]
2006 – 2008-ci illərdə həqiqi hərbi xidmətdə olub.
İdman fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
Orta məktəbdə təhsil alarkən Şəki Uşaq-Gənclər İdman məktəbində futbol məşqlərinə gedib. Bir neçə dəfə yeniyetmələr arasında keçirilən futbol üzrə “Sevinc” kuboku uğrunda Şəki şəhər çempionatında iştirak edib.
2019-cu ildə Şəkidə “Marxal” futbol klubunu yaradıb və bu klubun qızlardan ibarət komandası həmin il yüksək liqada çıxış edib.
2022-ci ildə isə “Marxal” futbol klubunun kişilərdən ibarət komandası Azərbaycanın region liqasında çıxış edib və 42 komanda arasında 4-cü yeri tutaraq, ikinci liqaya vəsiqə qazanıb (bundan sonra futbol klubu əvvəlcə “Sheki City”, 2025-ci ildən isə “Şəki” PFK adlanıb).
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Ailəlidir, bir oğlu var. Həyat yoldaşı Bəsti Hüseynova Şəkinin qızlardan ibarət komandasında çıxış edib, bir neçə dəfə milli komandaya dəvət olunub.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |