Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Eyvaz Nurməmmədov

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Eyvaz Nurməmmədov
Nurməmmədov Eyvaz Əşrəf oğlu
Eyvaz Nurməmmədov
Eyvaz Nurməmmədov.
Təvəllüdü 18 yanvar 1956 (1956-01-18) (70 yaş)
Doğulduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ → Azərbaycan
Təhsili

 • M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu (1973–)

 • Azərbaycan Respublikası DİN Polis Akademiyası, hüquqşünaslıq fakültəsi (–2000)
Hərbi fəaliyyəti
Rütbə
Polis polkovniki
Təltifləri "Vətən uğrunda" medalı — 2009

Eyvaz Nurməmmədov — ehtiyatda olan polis polkovniki, Azərbaycan Respublikası DİN Polis Akademiyasının hərbi kafedrasının sabiq müəllimi, Birinci Qarabağ müharibəsi veteranı, Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi Veteranlar Şurasının sədr müavini. Azərbaycan Respublikası DİN-nin 19 yanvar 2016-cı il tarixli 155 ş/h №-li əmri ilə geyim forması daşımaq hüququna malikdir.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

18 yanvar 1956-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1963 – 1973-cü illərdə Nuxa/Şəki şəhər 3 №-li orta orta məktəbində təhsil alıb.

1973-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.

2000-ci ildə Azərbaycan Respublikası DİN Polis Akademiyasının hüquqşünaslıq fakültəsini bitirib.

Əmək və hərbçi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

Təyinatla Belorusiya SSR-in Bretsk vilayətinin Lunines şəhərinə işləməyə göndərilib.

1980 – 1983-cü illərdə zabit kimi həqiqi hərbi xidmətdə olub.

1983-cü ildən Azərbaycan SSR DİN islah əmək müəssisələrində xidmətini davam etdirib.

1992-ci ildən Azərbaycan Respublikası DİN-in mərkəzi aparatında əvvəl inspektor vəzifəsindən idarə rəisi vəzifəsinədək yüksəlib.

İctimai fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

İctimai fəaliyyəti gənclərin hüquqi biliklərinin artırılmasına və cəmiyyətin hüquqi maarifləndirilməsinə yönəlib. Gənclərin hüquqi maarifləndirilməsi və narkomaniya ilə mübarizə sahəsində fəal iştirak edir. Məktəblərdə keçirilən tədbirlərdə çıxış edərək narkomaniyanın fəsadları və hüquqi məsuliyyətlər barədə məlumat verir. Eyni zamanda, Polis Akademiyasında keçirilən “Açıq qapı” tədbirlərində iştirak edərək şagirdlərə hüquq-mühafizə orqanlarının fəaliyyəti və Polis Akademiyasına qəbul qaydaları haqqında çıxışlar edir.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəlidir, 2 qızı, 4 nəvəsi var.

Qızlarından biri İsraildə yaşayır, stomatoloji poliklinikada rəhbər vəzifədə çalışır, digəri isə Azərbaycan DİN-nin əməkdaşıdır, polis mayorudur.

Bildiriş[HTML redaktə]