Fərhad Əzizov
| Fərhad Əzizov | |
|---|---|
| Əzizov Fərhad Şirin oğlu | |
| Fərhad Əzizov, 4 dekabr 2023-cü il. | |
| Təvəllüdü | 8 dekabr 1946 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vətəndaşlığı |
|
| İş yeri | AMEA Şəki Regional Elmi Mərkəzi, bitkilərin biomüxtəlifliyi və genefond şöbəsi (şöbə müdiri) |
| Elmi dərəcəsi | biologiya elmləri namizədi |
| Təhsili |
• M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, kimya-texnologiya fakültəsi (1964–1969) • Azərbaycan SSR EA Genetika və Seleksiya İnstitutu, aspirantura (1976–1980) |
| Həyat yoldaşı | Şərafət Əliyeva-Əzizova |
| Övladları | Anar Əzizsoy, Gündüz Əzizov |
Fərhad Əzizov — biologiya elmləri namizədi, AMEA Şəki Regional Elmi Mərkəzinin bitkilərin biomüxtəlifliyi və genefond şöbəsinin müdiri.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
8 dekabr 1946-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1947 – 1957-ci illərdə M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbində,
1964 – 1969-cu illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsində,
1976 – 1980-cı illərdə Azərbaycan SSR EA Genetika və Seleksiya İnstitutunun aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1969 – 1970-ci illərdə Sumqayıt Kimya zavodunda aparatçı,
1970 – 1974-cü illərdə “Neft Kimya Avtomat” Elmi-Tədqiqat Layihə İnstitutunda mühəndis vəzifəsində işləyib.
1974-cü ildə Azərbaycan SSR EA Şəki Zona Elmi Bazasında kiçik elmi işçi vəzifəsinə qəbul edilib.
1989 – 2014-cü illərdə Azərbaycan SSR EA/AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki Elmi Tədqiqat Bazasında böyük elmi işçi,
2014-cü ildən 4 mart 2025-ci il tarixədək AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.
5 mart 2025-ci il tarixdən AMEA Şəki Regional Elmi Mərkəzinin bitkilərin biomüxtəlifliyi və genefond şöbəsinin müdiridir.
Pedaqoji fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
2002 – 2006-cı illərdə Şəki Pedaqoji Texnikumunda və Şəki Musiqi Texnikumunda ümumi biologiya fənnindən dərs deyib.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1983-cü ildə Daşkənddə Özbəkistan SSR EA Bioüzvi Kimya İnstitutunun Elmi Şurasında dissertasiya işini müdafiə edib və biologiya elmləri namizədi elmi dərəcəsini alıb.
16-sı xaricdə olmaqla, çapdan çıxmış 31 elmi əsərin, o cümlədən, 4 müəlliflik şəhadətnaməsinin və 1 patentin müəllifidir.
Digər[Vizual/Mobil redaktə | HTML redaktə]
2001-ci ildə “Bioflor” Ekoloyi Tərbiyə İctimai Birliyini,
2002-ci ildə “Şəki Sənətkarlar Assosiasiyası”nı,
2003-cü ildə Şəki “Ailə Turizm Assosiasiyası”nı,
2004-cü ildə Şəki “Sahibkarlar Assosiasiyası”nı təsis edib.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- AMEA həmkarlar təşkilatının fəxri fərmanı (2016).
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Əzizov Fərhad // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 131-133. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Şəki REM-in fəlsəfə doktorları : Əzizov Fərhad Şirin oğlu : [arx. 14.09.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 17.09.2021.
- Direktor müavini Əzizov Fərhad Şirin oğlu : Fərhad Şirin oğlu Əzizov : [arx. 30 Jun 2017 - 6 Feb 2019] // Azərbaycan milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzi. — Müraciət tarixi: 17.09.2021.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |
- F
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 8 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 1946-cı ildə doğulanlar
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr