Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!

Hüseyn Əbdürrəhimov

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Hüseyn Əbdürrəhimov
Əbdürrəhimov Hüseyn Yəhya oğlu
Hüseyn Əbdürrəhimov
Hüseyn Əbdürrəhimov.
Anadan olub 20 fevral 1912(1912-02-20)
Anadan olduğu yer Nuxa (İndiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat edib 20 may 1966 (54 yaşında)
Vəfat etdiyi yer Nuxa (İndiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
Lenin ordeni

Hüseyn Əbdürrəhimov (1912–1966) — sovet dövründə Nuxa rayonunda fəaliyyət göstərmiş tanınmış aqronom və rəhbər kadr. 1940-cı illərin ikinci yarısında Nuxa rayon kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışarkən Nuxa rayonunda tütün tədarükü üzrə yüksək nailiyyətin əldə olunmasına görə “Sosialist Əməyi Qəhrəmanı” adını alıb. Bundan sonra bir müddət Nuxa rayon zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin sədri olub və bir dəfə də Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

20 fevral 1912-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

Nuxa nümunə zəhmət məktəbini və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1934-cü ildən Nuxa rayonunda aqronom işləyib.

1947 – 1952-ci illərdə Nuxa rayon kənd təsərrüfatı şöbəsinin müdiri,

1953 – 1956-cı illərdə Nuxa rayon zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin sədri olub.

1956-ci ildən sonra isə Nuxa rayonunda təsərrüfat sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Digər[Vizual/Mobil redaktə | HTML redaktə]

Azərbaycan SSR Ali Sovetinin V çağırış (1959–1962) deputatı olub.

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

20 may 1966-cı il tarixdə – 54 yaşında, Nuxada (indiki Şəki) vəfat edib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Əbdürrəhimov Hüseyn Yəhya oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1980. — IV  cild. — Səhifələrin sayı:  616. — Səh.: 127. — 80.000 nüsx.
  2. Mete Ə. Əməyi ilə ucalanlar // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 402. — 500 nüsx.
  3. Məmmədov Ə., Xalıqov F. Əbdürrəhimov Hüseyn // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 76. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  4. Əbdürrəhimov Hüseyn Yəhya oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 178. — ISBN 978-9952-441-13-0.

Bildiriş[HTML redaktə]