Hacı Kamran əfəndi
| Hacı Kamran əfəndi | |
|---|---|
| Məmmədov Kamran Əjdər oğlu | |
| Hacı Kamran əfəndi. | |
| Anadan olub | 25 may 1965 |
| Anadan olduğu yer |
Kiş, Nuxa (indiki Şəki) rayonu[qeyd 1], |
| Həyat yoldaşı | Kəmalə |
| Övladları | Asim və Həsən |
| Atası | Əjdər |
| Anası | Xumar |
| Vətəndaşlıq |
|
| Təhsili |
• Daşkənd Kənd Təsərrüfatı İnstitutu, ipəkçilik fakültəsi (1982–1986) • Bakı İslam Universiteti, imam-axund, şəriət müəllimi ixtisası (1996–2001) |
| facebook səhifəsi | |
Hacı Kamran əfəndi — tanınmış din xadimi, Şəki şəhəri Ömər Əfəndi məscidinin imamı, Şəki şəhər mərkəzi “Cümə” məscidinin dini icmasının sədri və Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz rayonları üzrə qazısı.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
25 may 1965-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun[qeyd 1] Kiş kəndində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1971 – 1981-ci illərdə əvvəl Kiş kənd ibtidai məktəbində, sonra Kiş kənd orta məktəbində,
1982 – 1986-cı illərdə isə Daşkənd Kənd Təsərrüfatı İnstitutunun ipəkçilik fakültəsində təhsil alıb.
1992 – 1993-cü illərdə Türkiyə Cümhuriyyəti İstanbul müftiliyinin dəvəti və Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin göndərişi ilə Məmməd Akif Ərsoy adına Quran məktəbində (İstanbul) altıaylıq kurs keçib.
1996 – 2001-ci illərdə Bakı İslam Universitetində imam-axund, şəriət müəllimi ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1986-cı ildə “XXIII Partiya Qurultayı” adına kolxozunda (Baltalı) aqronom olaraq əmək fəaliyyətinə başlayıb.
1993-cü ildən din xadimi kimi fəaliyyət göstərməyə başlayıb.
1 iyul 2005-ci il tarixdən Şəki şəhəri Ömər Əfəndi məscidinin imamı, Şəki şəhər mərkəzi “Cümə” məscidinin dini icmasının sədri,
24 iyun 2014-ci il tarixdən Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz rayonları üzrə qazısıdır.
İştirak etdiyi beynəlxalq və ölkə səviyyəli konfrans, forum və sammitlərin siyahısı[Vizual/Mobil redaktə | HTML redaktə]
- “İslam həmrəyliyi dini və mədəni müxtəlifliyin harmoniyası” Beynəlxalq Konfransı (Bakı, 12 aprel 2017).
- Azərbaycan Din Xadimlərinin II Forumu (Bakı, 24 dekabr 2024).
- “201 – Year of Islamic Solidarity: Interfaith and Intercultural Dialogue” international conference (Baku, Dekembr 21, 2017).
- “World Religions for a Green Planet” global summit of Religious Leaders within the Cop29 (Baku, November 5-6, 2024).
- “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” regional konfransı.
- Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” regional konfransı (Şəki, 4 iyun).
Digər[Vizual/Mobil redaktə | HTML redaktə]
2005-ci ildə Həcc ziyarətinə gedib.
Qeydlər[Vizual/Mobil redaktə | HTML redaktə]
- ↑ 1,0 1,1 4 yanvar 1963-cü il tarixdə Nuxa rayonu ləğv edilmiş, 1965-ci ilin yanvar ayınadək Nuxa şəhəri istisna olmaqla keçmiş Nuxa rayonunun bütün ərazisi Vartaşen rayonunun tərkibində olmuşdur. Bundan sonra – 1965-ci ildə, bir müddət keçmiş Nuxa rayonunun ərazisinin yarısı Vartaşen, yarısı isə Qax rayonlarının tərkibində olub. 1965-ci ilin iyun ayında Nuxa rayonu əvvəlki hüdudlarında bərpa edilib.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Həmzəoğlu R. Əməlisaleh insan, alim, üçqat ali təhsilli ilahiyyatçı // Şəki ziyalılarının ömür yolu. — Elm və təhsil, 2026. — Səhifələrin sayı: 388. — Səh.: 100 – 106.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |