Kazım İsmayılov
| Kazım İsmayılov | |
|---|---|
| İsmayılov Kazım Şükür oğlu | |
| Kazım İsmayılov. | |
| Anadan olub | 16 avqust 1958 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Həyat yoldaşı | İsmayılova Hicran Hüseynbala qızı |
| Vətəndaşlıq |
|
| Fəaliyyəti | M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, neft və mexanika fakültəsi (1976–1981) |
Kazım İsmayılov — tanınmış tikinti mühəndisi.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
16 avqust 1958-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1966 – 1976-cı illədə Şəki/Nuxa şəhər 19 nömrəli orta məktəbində,
1976 – 1981-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun neft və mexanika fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1976-cı ildə V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyində baş avadanlıq ustası kimi əmək fəaliyyətinə başlayıb. Sonra Şəki şəhər Yerli Sənaye Kombinatının komsomol komitə katibi, daha sonra isə V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyində həmkarlar komitəsinin sədri vəzifəsində çalışıb.
1989 – 1992-ci illərdə Şəki şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyində baş mühəndis,
1992 – 1995 çi illərdə Gəncə 2 saylı yerli avtomobil yollarının istismarı trestinin 37 saylı Yol İstismar İdarəsində baş mühəndis,
1995 – 1999-cu illərdə Şəki şəhər İstehsalat Kombinatında baş mühəndis,
1999 – 2006-cı illərdə Azərelektrik Quraşdırma Trestində 5 saylı təsərrüfat hesablı sahəsinin rəisi,
2006 – 2007-ci illərdə isə ANS Tv-nin bölgə müxbiri vəzifəsində çalışıb. Daha sonra fərdi sahibkarlıqla məşğul olmağa başlayıb.
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Ailəlidir. 2 qızı var. Həyat yoldaşı Hicran İsmayılova 25 il Şəki 30 saylı uşaq bağçasının müdiri olub, hazirda əmək pensiyaçısıdır.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |