Mübariz Əliheydərov
| Mübariz Əliheydərov | |
|---|---|
| Əliheydərov Mübariz Nurəhməd oğlu | |
| Mübariz Əliheydərov. | |
| Şəxsi məlumatlar | |
| Təvəllüdü | 28 may 1955 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vətəndaşlığı |
|
|
|
|
| Musiqi aləti | tar |
| Təhsili | Şəki Orta İxtisas Musiqi Məktəbi (1971–1975) |
| facebook səhifəsi | |
Mübariz Əliheydərov — tanınmış tarzən-pedaqoq. Vaxtilə Şəkidə fəaliyyət göstərmiş “Səbuhi” xalq çalğı alətləri ansamblına rəhbərlik etmişdir.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
28 may 1955-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1962 – 1970-ci illərdə Nuxa/Şəki 6 №-li səkkizillik məktəbində,
1966 – 1970-ci illərdə Şəki şəhər 1 №-li musiqi məktəbində,
1971 – 1975-ci illərdə Şəki Orta İxtisas Musiqi Məktəbində təhsil alıb.
Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]
1975 – 1977-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1975 və 1977 – 1979-cu illərdə Balakən uşaq musiqi məktəbində tar müəllimi,
1979 – 1992-ci illərdə Şəki şəhər mədəniyyət evində bədii rəhbər, eyni zamanda “Səbuhi” xalq çalğı alətləri ansamblının rəhbəri,
2006 – 2021-ci illərdə Bakı şəhərinin Binəqədi rayonunda müvəqqəti yerləşmiş Füzuli rayon Şəkərcik kənd Uşaq Musiqi Məktəbində tar müəllimi vəzifəsində çalışıb.
2021-ci ildən əmək təqaüdündədir.
Fotolar[Vizual/Mobil redaktə | HTML redaktə]
-
Mübariz Əliheydərov “Səbuhi” ansamblında tar çalarkən, 1980-cı illər.
-
Mübariz Əliheydərov “Səbuhi” ansamblında tar çalarkən, 1984-cü il.
-
Mübariz Əliheydərov Ağdərədə əsgərlər arasında tar çalarkən, 1992-ci il.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |

