Mahir Xəlifəzadə
| Mahir Xəlifəzadə | |
|---|---|
| Xəlifəzadə Mahir Çingiz oğlu ing. Mahir Khalifa-zadeh | |
| Mahir Xəlifəzadə, 15 oktyabr 2018-ci il. | |
| Təvəllüdü | 25 dekabr 1961 |
| Anadan olduğu yer |
Tbilisi, |
| Vətəndaşlığı |
|
| İş yeri | Azerbaijan in Global Context – araşdırma mərkəzi, Toronto, Canada |
| Elmi dərəcəsi | fizika-riyazziyat elmləri namizədi (Ph.D.) |
| Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (1979–1984) • SSRİ EA Beynəlxalq Bioloji Tədqiqatlar Mərkəzi, Nəzəri və Təcrübi Biofizika İnstitutu (Moskva), məqsədli aspirantura (1988–1992) |
| Atası | Çingiz Xəlifəzadə |
| Anası | Solmaz Xəlifəzadə |
| saytı linkedin səhifəsi |
|
Mahir Xəlifəzadə — sabiq diplomat, 1-ci dərəcəli müşavir (Azərbaycan), Kanadanın Toronto şəhərində fəaliyyət göstərən “Azərbaycan Qlobal Konteksdə” adlı tarix və siyasi araşdırmalar mərkəzinin rəhbəri. Uzun müddət Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində və Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində (ABŞ və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı) məsul vəzifələr tutmuş, müxtəlif vaxtlarda AMEA-nın müxtəlif institutlarında baş elmi işçi, şöbə müdiri və s. vəzifələrdə çalışmışdır. Fizika-riyaziyyat elmləri namizədidir.
Haqqında məlumatlar
25 dekabr 1961-ci il tarixdə Tbilisidə anadan olub.
Təhsili
1979-cu ildə Bakı şəhər 20 №-li orta məktəbində,
1979 – 1984-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində,
1988 – 1992-ci illərdə SSRİ EA Beynəlxalq Bioloji Tədqiqatlar Mərkəzinin Nəzəri və Təcrübi Biofizika İnstitutunun məqsədli aspiranturasında (Moskva) təhsil alıb.
1994-cü ildə Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş diplomatik kurslarda iştirak edib və Yaponiya Xarici İşlər Nazirliyinin sertifikatını alıb.
1997-ci ildə Yunanıstan Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş diplomatik kurslarda iştirak edib və Avropa birliyinin siyasətinə dair Yunanıstan Xarici İşlər Nazirliyinin sertifikatını alıb.
2000-ci ildə İsveç Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş diplomatik kurslarda iştirak edib və Avropa birliyinin siyasətinə dair İsveç Xarici İşlər Nazirliyinin sertifikatını alıb.
Əmək fəaliyyəti
1984 – 1987-ci illərdə Azərbaycan SSR EA Fiziologiya İnstitutunun əməkdaşı olub.
1993-cü ildə AMEA Fiziologiya İnstitutunda böyük elmi işçi,
1993 – 1994-ci illərdə Azərbaycan Respublikası Milli Məclisi yanında Strateji Araşdırmalar Mərkəzinin qlobal siyasət və beynəlxalq təhlükəsizlik məsələlər üzrə şöbəsinin müdiri,
1994 – 1995-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada İdarəsinin ABŞ sektorunda II katib,
1995 – 1998-ci illərdə Azərbaycan Respublikasının ABŞ-dəkı səfirliyində siyasi məsələlər üzrə II katib,
2000-ci ilin fevral ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ və Kanada şöbəsinin müdir əvəzi,
2002-ci ilin fevral ayının 25-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İkinci Ərazi İdarəsinin Orta Şərq və Cənubi Asiya (İran) şöbəsində müdir müavini,
2004 – 2007-cı illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində siyasi məsələlər üzrə müşavir,
2007 – 2008-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi I Avropa şöbəsinin (İngiltərə və Skandinaviya ölkələri) müdiri vəzifəsində çalışıb.
2010 – 2014-ci illərdə Kanadanın Monreal şəhərində fəaliyyət göstərən “Qloballaşdırma Problemləri üzrə Araşdırma Mərkəzi”nin əməkdaşı olub.
2017-ci ildən Kanadanın Toronto şəhərində özünün “Azərbaycan Qlobal Konteksdə” (Azerbaijan in Global Context) adlı tarix və siyasi araşdırmalar mərkəzini açıb və həmin mərkəzə rəhbərlik edir.
Elmi fəaliyyəti
22 dekabr 1992-ci il tarixdə “Görə prosesinin molekulyar əsasları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
52 elmi məqalənin müəllifidir.
Elmi qurumlarında üzvlüyü
- Kanada Siyasi Elm üzrə Assosiasiyası (2011);
- ABŞ Siyasi Elm üzrə Assosiasiyası (2012);
- World History Encyclopedia, (2023);
- Kanada Tarixi Assosiasiyası (2023).
Diplomatik rütbəsi
1-ci dərəcəli müşavir diplomatik rütbəsi (01.08.2002)
Ədəbyyat
- Məmmədov Ə., Xalıqov F. Xəlifəzadə Mahir // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 186-188. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Diplomatic List Summer 1999 : AZERBAIJAN : [arx. 3 Jan 2017 - 29 Dec 2020] : [ing.] // U.S. Department of State. — 1999. — 1 June. — Müraciət tarixi: 24.12.2021.
Videolar
Bildiriş
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış diplomatlar
- 25 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 1961-ci ildə doğulanlar
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr