Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Mehman İsmayıllı

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Mehman İsmayıllı
İsmayıllı Mehman Natiq oğlu
Mehman İsmayıllı
Mehman İsmayıllı
Təvəllüdü 7 mart 1992 (1992-03-07) (34 yaş)
Anadan olduğu yer Şəki, Azərbaycan
Elm sahəsi iqtisadiyyat
Təhsili

 • Qafqaz Universiteti (indiki Bakı Mühəndislik Universiteti), dünya iqtisadiyyatı ixtisası, bakalavriat (2010–2014)

 • Qlazqo Universiteti (Böyük Britaniya), maliyyə iqtisadiyyatı ixtisası, magistratura (2014–2015)

 • Lester Universitetinin Biznes Məktəbi, iqtisadiyyat ixtisası, doktorantura (2017–2020)
Övladı iki uşaq
Atası Əhmədov Natiq İsmayıl oğlu
Anası Əhmədova Kifayət Əlövsət qızı
facebook səhifəsi

Mehman İsmayıllı — iqtisadiyyat üzrə fəlsəfə doktoru, Oksford Universitetinin (Böyük Britaniya) iqtisadiyyat kafedrasının müəllimi.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

7 mart 1992-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1998 – 2009-cu illərdə əvvəl Şəki şəhər 17 nömrəli orta məktəbində, sonra Şəki şəhər 18 nömrəli orta məktəbində,

2009 – 2010-cu illərdə isə ABŞ Dövlət Departamentinin FLEX təqaüd proqramını ilə ABŞ-ın Ohayo ştatındakı orta təhsil müəssisəsində təhsil alıb.

2010 – 2014-cü illərdə Qafqaz Universitetində (indiki Bakı Mühəndislik Universiteti) bakalavr pilləsi üzrə,

2014 – 2015-ci illərdə Qlazqo Universitetində (Böyük Britaniya) magistr pilləsi üzrə,

2017 – 2020-ci illərdə isə Lester Universitetində (Böyük Britaniya) doktorant pilləsi üzrə təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

2015-ci ildə “Gilan Holdinq”də maliyyə iqtisadçısı olaraq əmək fəaliyyətinə başlayıb. Eyni zamanda, Macarıstan – Azərbaycan təhsil proqramları üzrə keçirilən müsahibə panellərində iqtisadiyyat üzrə könüllü müsahibəçi kimi çıxış edib, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) isə MBA proqramı çərçivəsində “Maliyyə bazarları” fənnini tədris edib.

2017-ci ilin sentyabr ayından həm Lester Universitetində, həm də “London Business School”da akademik fəaliyyət göstərib.

2020-ci ildən, əvvəl Varvik Universitetinin, sonra isə Mançester Universitetinin iqtisadiyyat kafedrasında mühazirəçi olub. Hal-hazırda Oksford Universitetinin (Böyük Britaniya) iqtisadiyyat kafedrasında mühazirəçidir.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəlidir, iki uşağı var.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Mustafayev O. Oksford Universitetinin azərbaycanlı müəllimi: Heç vaxt öz potensialınızı kiçiltməyin : [arx. 02.07.2025] // “Azərbaycan müəllimi” qəzeti.. — 2025. — 2 iyul. — Müraciət tarixi: 02.07.2025.

Bildiriş[HTML redaktə]