Mikayıl Cəbrayılov
| Mikayıl Cəbrayılov | |
|---|---|
| Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu | |
| Mikayıl Cəbrayılov. | |
| Təvəllüdü | 27 aprel 1952 |
| Doğulduğu yer |
Oxud, Nuxa rayonu, |
| Vəfat tarixi | 15 dekabr 1990 (38 yaşında) |
| Vəfat yeri |
Cəmilli kəndi, Stepanakert (indiki Xankəndi) şəhəri – Kosalar kəndi, Şuşa rayonu arasında, Dağlıq Qarabağ MV, |
| Dəfn yeri |
Oxud, Şəki rayonu, |
| Vətəndaşlıq |
|
| Atası | Əhmədiyyə Cəbrayılov |
| Anası | Sürayyə Cəbrayılova |
| Təhsili | Milis Məktəbi (1976–1978) |
| Hərbi fəaliyyəti | |
| Rütbə |
milis baş leytenantı |
| Təltifləri |
|
Mikayıl Cəbrayılov (1952–1990) — Birinci Qarabağ müharibəsi şəhidi və Azərbaycanın Milli Qəhrəmanı. İkinci Dünya müharibəsi dövründə Fransa partizan hərəkatının yarıməfsanəvi döyüşçüsü olmuş Əhmədiyyə Cəbrayılovun oğludur.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
27 aprel 1952-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Oxud kəndində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1959 – 1967-ci illərdə Oxud kənd məktəbində səkkizillik təhsil alıb.
1967 – 1969-cu illərdə Şəki (Nuxa) şəhər 5 saylı fəhlə-gənclər məktəbində oxuyub.
1976 – 1978-cı illərdə Milis Məktəbində oxuyub və milis leytenantı rütbəsi alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1969-cu ildə V.İ.Lenin adına Şəki ipək kombinatında əmək fəaliyyətinə başlayıb.
1971-ci ildə Şəki şəhər Daxili İşlər şöbəsinə milis nəfəri vəzifəsinə qəbul edilib.
1978-ci ildən Şəki şəhərində sahə müvəkkili işləyirdi.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
12 dekabr 1990-cı il tarixdə dörd nəfər milis əməkdaşı ilə Qarabağa ezam olunub; onlar Cəmilli kəndinin müdafiəsini təşkil etməli idilər. Mikayıl Cəbrayılov dekabrın 15-də mühasirədə qalmış Cəmilli kəndinin əhalisi üçün ayrılmış 4 ton taxılı gətirmək üçün 15 nəfərlik dəstə ilə Kosalar kəndinə yola düşüb. Cəmilli – Kosalar kəndləri arasında ermənilər qəflətən hücuma keçiblər. Snayper gülləsi bir milis serjantını yaralayıb. Az sonra Mikayıl Cəbrayılov da çiynindən yaralanıb. O, maşından yerə atılıb və yoldaşlarının həyatını xilas etmək üçün atışmağa başlayıb; ermənilərin hücumunun qarşısını qəhrəmanlıqla alsa da son anda özü döyüş meydanında həlak olub.
Şəki rayonunun Oxud kəndində dəfn edilib.
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Ailəli idi. Bir övladı var.
Təltifləri[Vizual/Mobil redaktə | HTML redaktə]
Ölümündən sonra SSRİ-nin “Qırmızı Ulduz” ordeninə və daha sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Xatirəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Şəki şəhərində bir küçəyə adı verilib.
Həlak olduğu kənd onun adını daşıyır.
- Mikayıl Cəbrayılov şəhid olarkən, üstündə olmuş şəxsi əşyaları
-
Şəki şəhərindəki tarix-diyarşünaslıq muzeyində Mikayıl Cəbrayılovla bağlı stend
-
Bloknot
-
Pul
-
Daraq
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Qaffarov A., Əmrahov M., İsmayılova G., Mirzəyeva S., Salamov A., Paşayev İ., Süleymanov B., Həmidli T. Ağlama, anam, ağlama! // Şəki qartalları / M.İ.Əmrahov . — Bakı: “Hüquq ədəbiyyatı”. — Səhifələrin sayı: 424. — Səh.: 9-13. — (Ş 4702060206–001/h 062–98).;
- Vüqar Əsgərov Azərbaycanın Milli Qəhrəmanları / Redaktor: Kamil İsmayılov. — Bakı: Qapp-poliqraf, 2005. — Səhifələrin sayı: 250. — Səh.: 25. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 26 aprel 2019.;
- Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 25 000; 592 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. —V c. — Səh. 241. — ISBN 978-9952-441-10-9..
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış hərbçilər
- Şəkidən olan I Qarabağ müharibəsi şəhidləri
- 1952-ci ildə doğulanlar
- 27 apreldə doğulanlar
- Apreldə doğulanlar
- 15 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 1990-cı ildə vəfat edənlər
- Azərbaycanın milli qəhrəmanları
- "Qırmızı Ulduz" ordeni laureatları
- Hərbçilər
- Şəxslər (ad sırası ilə)
- “Şəki qartalları” kitabına istinad olunan məqalələr
- AME məqaləsinə istinad olunan məqalələr
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə