Mirzə Məmmədov
Mirzə Məmmədov (1901–1938) — sovet dövrünün ilk onilliklərində Azərbaycanda müxtəlif məsul vəzifələr tutmuş siyasi rəhbər kadr və Stalin repressiyası qurbanı.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
1901-ci ildə Bakıda anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1914 – 1918-ci illərdə Bakıda Ali ibtidai məktəbdə təhsil alıb.
1918-ci ildə Bakı Politexnik Məktəbinə daxil olub.
1920-ci ildə 6 ay Moskvada Sverdlov adına Universitetdə,
1921 – 1924-cü illərdə Şərq Zəhmətkeşləri Kommunist Universitetində,
1926 – 1927-ci illərdə isə Şərq Zəhmətkeşləri Kommunist Universitetinin aspiranturasında təhsil alıb.
İctimai-siyasi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1917-ci il Fevral inqilabı ərəfəsində inqilabi hərəkata qoşularaq Hümmət partiyasına üzv olub. Bakı şəhərində və ətraf kəndlərdə, xüsusilə də Buzovnada partiyanın ideyalarını təbliğ edib.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1920-ci ildə (Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra) bir müddət Azərbaycan K(b)P Zığ rayon komitəsinin katibi, K(b)P Bakı komitəsində hərbi təlimatçı,
1924 – 1926-cı illərdə Azərbaycan K(b)P Qala-Maştağa rayon komitəsinin katibi
1926 – 1927-ci illərdə Şərq Zəhmətkeşləri Kommunist Universitetin partiya komitəsinin katibi,
1931 – 1932-ci illərdə Azərbaycan K(b)P MK-da mədəniyyətin təbliği şöbəsinin müdir müavini və nəşriyyat şöbəsinin müdiri,
1932 – 1933-cü illərdə Azərbaycan K(b)P Nuxa rayon komitəsinin məsul katibi,
1933-cü ilin dekabr ayından 1936-cı ilin may ayının 14-nədək Ali Pedaqoji İnstitutun direktoru,
1933-cü ilin 14 may tarixindən 1937-ci ilin əvvəllərinədək isə Ali Pedaqoji İnstitutun partiya komitəsinin katibi vəzifəsində çalışıb.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
Əsas tədqiqat sahəsi milli-mədəni problemlərin araşdırılması idi.
1935-ci ildə “Firqə işçisi” jurnalında “AK(b)P-də milli təmayüllər, Nəriman Nərimanovun konsepsiyası” (№ 9) və “Mirzə Davud Hüseynovun “Müsavat” firqəsi keçmişdə və indi” (№ 11) adlı məqalələri çap olunub.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
Azərbaycan K(b)P MK-nın diplomu – “Şəki fəhləsi” qəzetinin 1.000-ci nömrəsinin çap edilməsi ilə əlaqədar olaraq (1932).
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
1937-ci ilin əvvəllərində – Stalin repressiyası dövründə, həbs edilib və 4 iyul 1938-ci il tarixdə – 37 yaşında, Bakıda güllənib.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Rüstəmov F. Mirzə Sultan oğlu Məmmədov // Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları. — Bakı: Elm və təhsil, 2019. — Səhifələrin sayı: 303. — Səh.: 116 – 120. — ISBN 978-9952-8175-0-7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 may 2026.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |