Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Murad Nəbibəyov

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Murad Nəbibəyov
Nəbibəyov Murad Rüstəm oğlu
Murad Nəbibəyov
Murad Nəbibəyov, 2015-ci il.
Anadan olub 4 iyun 1955 (1955-06-04) (71 yaş)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Atası Rüstəm Nəbibəyov
Vətəndaşlıq SSRİ → Azərbaycan
Təhsili Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu, metallurgiya fakültəsi (–1982)
Fəaliyyəti Şəki bələdiyyəsi mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri və “Şəki Bələdiyyəsi” qəzetinin baş redaktoru
facebook səhifəsi

Murad Nəbibəyov — Şəki bələdiyyəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, “Şəki Bələdiyyəsi” qəzetinin baş redaktoru.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

4 iyun 1955-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1961 – 1969-cu illərdə Nuxa/Şəki şəhər Mirzə Ələkbər Sabir adına 5 nömrəli səkkizillik məktəbində,

1969 – 1971-ci illərdə isə Şəki şəhər Maksim Qorki adına 10 nömrəli orta məktəbində təhsil alıb.

1982-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun metallurgiya fakültəsini bitirib

Hərbi xidmət[Vizual/Mobil redaktə | HTML redaktə]

1976 – 1978-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1971-ci ildə Şəki 55 saylı Tikinti-Quraşdırma İdarəsində fəhlə kimi əmək fəaliyyətinə başlayıb.

1982 – 1997-ci illərdə “Bakı məişət kondisioneri” Elm İstehsalat Birliyinin Bakı Elektrik Ştampları təcrübə zavodunda işləyib; o cümlədən,

1982 – 1992-ci illərdə əvvəl mühəndis-texnoloq, sonra usta, daha sonra baş usta, sahə və sex rəisi vəzifəsində çalışıb;

1988-ci ildə zavodun nəzdində təşkil edilmiş İstehsalat-kommersiya kooperativinin sədri,

1992-ci ildə – kooperativ müstəqillik statusu aldıqdan sonra, 1997-ci ilədək həmin kooperativin sədri olub.

1997 − 2005-ci illərdə “Kriminal” qəzetində baş redaktorun müavini, “Zaman-Azərbaycan” və “Ədalət” qəzetlərində sosial həyat və iqtisadiyyat şöbəsinin müdiri vəzifələrində çalışıb. Eyni zamanda müxtəlif qəzetlərlə (“Mərkəz”, “Qol”, “Axşam”, “Son söz” və s.) əməkdaşlıq edib.

2005-ci ildən Şəki bələdiyyəsində mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri və “Şəki Bələdiyyəsi” qəzetinin baş redaktorudur.

İkinci iş yerləri[Vizual/Mobil redaktə | HTML redaktə]

2006 − 2008-ci illərdə “Şəki” qəzetində baş redaktorun müavini,

2009 − 2016-cı illərdə isə AMEA Şəki Regional Elmi Mərkəzində elmi işçi vəzifəsində çalışıb.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

  • “Azərbaycanın ən yaxşı gənc səmərələşdiricisi” adı, iki dəfə (Bakı Elektrik Ştampları təcrübə zavodunda istehsalatda tətbiq edilmiş çoxsaylı səmərələşdirici təkliflərinə görə);
  • “İlin qalibi” diplomu, 2008 (Şəki Şəhər İcra Hakimiyyətinin ilin yekunlarına görə mükafatı);
  • Azərbaycan Mətbuat Şurasının diplomu, 2015 (mətbuat sahəsindəki çoxillik səmərəli fəaliyyətinə və 60 illik yubileyinə görə)
  • “Qızıl qələm”, 2015 (Azərbaycan Jurnalistlər Birliyinin mükafatı).

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Orsər R. Murad Nəbibəyov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 574 – 577. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.

Videolar[Vizual/Mobil redaktə | HTML redaktə]

Bildiriş[HTML redaktə]