Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Nüyvər Nəsrullayev

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Nüyvər Nəsrullayev
Nəsrullayev Nüyvər Loğman oğlu
Nüyvər Nəsrullayev
Nüyvər Nəsrullayev.
Təvəllüdü 8 mart 1939 (1939-03-08) (87 yaş)
Anadan olduğu yer Oxud, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 28 may 2026 (87 yaşında)
Vəfat yeri Gəncə, Azərbaycan
Dəfn yeri Gəncə, Azərbaycan
Vətəndaşlığı SSRİ → Azərbaycan
Elm sahəsi fizika-riyaziyyat, həndəsə
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri namizədi
Elmi adı dosent
Təhsili

 • Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutu, fizika-riyaziyyat fakültəsi (1958–1962)

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, həndəsə kafedrası, aspirantura (1969–1972)
Elmi rəhbəri prof. Şirokov
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 2009
Adının digər versiyaları Nuyver Nesrullayev, Nuyvar Nesrullayev, Nuyver Nasrullayev, Nuyvar Nasrullayev, Нуйвар Насруллаев, Нювар Насруллаев, Нювар Несруллаев, Нүвәр Нәсауллајев

Nüyvər Nəsrullayev (1938–2026) — fizika-riyaziyyat elmləri namizədi, dosent, Gəncə Dövlət Universitetinin fəxri professoru, Azərbaycan Respublikasının əməkdar müəllimi.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

8 mart 1939-cu il tarixdə Nuxa (indiki Şəki) rayonunun Oxud kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1947 – 1957-cı illərdə Oxud kənd orta məktəbində,

1958 – 1962-ci illərdə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində,

1969 – 1972-ci illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin həndəsə kafedrasının aspiranturasında təhsil alıb.

Hərbi xidməti[Vizual/Mobil redaktə | HTML redaktə]

1962 – 1964-cü illərdə həqiqi hərbi xidmətdə olub.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1974-cü ildə Kazan Dövlət Universitetində professor Şirokovun rəhbərliyi ilə “Psevdo-Evklid fəzasının diferensial həndəsəsi məsələsinə dair” (rus.: “К вопросу о дифференцальной геометрии псевдоевклидова пространства”) adlı mövzuda namizədlik dissertasiyasını müdafiə edib.

“Həndəsənin əsasları”, “Qraflar”, “Həndəsə məsələləri”, “Qurmalar həndəsəsinin əsasları” adlı dərs vəsaitlərinin müəllifidir.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1962 – 1964-cü illərdə Nuxa rayonunun Cəyirli kənd məktəbində,

1964 – 1966–cı illərdə isə Nuxa şəhər 2 №-li orta məktəbində fizika və riyaziyyat müəllimi vəzifəsində çalışıb.

1973-cü ildən Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda /Gəncə Dövlət Universitetində işləyib; o cümlədən,

1973 – 1975-ci illərdə müəllim,

1975 – 1978-ci illərdə baş müəllim,

1977 – 1985-ci illərdə həndəsə və cəbr kafedrasının müdiri,

1985 – 1998-ci illərdə riyaziyyat-informatika fakültəsinin dekanı,

2000 – 1911-ci illərdə həndəsə və cəbr kafedrasının müdiri,

2011 – 2017-ci illərdə isə həmin kafedranın dosenti olub.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

28 may 2026-cı il tarixdə – 88 yaşında, uzun sürən xəstəlikdən sonra Gəncədə vəfat edib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Nəsrullayev Nüyvər // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 448-449. — 1.000 nüsx.
  2. Fəxri professorlar : Nüyvər Loğman oğlu Nəsrullayev : [arx. 08.03.2024] // Gəncə Dövlət Universiteti. — Müraciət tarixi: 08.03.2024.

Bildiriş[HTML redaktə]