Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Natiq Şirinzadə

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Natiq Şirinzadə
Şirinzadə Natiq Əhməd oğlu
Natiq Şirinzadə
Natiq Şirinzadə (24.09.2018).
Anadan olub 17 iyun 1966 (1966-06-17) (60 yaş)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı İradə Şirinzadə
Övladları Kamran və İmran
Atası Şirinzadə Əhməd Məmməd oğlu
Anası Şirinzadə Məsmə Əbdüləhəd qızı
Vətəndaşlıq SSRİ → Azərbaycan
Təhsili

 • D.İ.Mendeleyev adına Moskva Kimya Texnologiya İnstitutu, silikatların kimyəvi texnologiyası fakültəsi (1983–1989)

 • Qərb Universiteti, beynəlxalq iqtisadi münasibətlər fakültəsi, xarici iqtisadi əlaqələrin təşkili və idarə edilməsi ixtisası (1994–1996)

 • AMEA M.Nağıyev adına Kimya Problemləri İnstitutu, quruluş kimyası və silikatların neft sənayesində tətbiqi ixtisası, doktorantura (2009–2013)

Natiq Şirinzadə — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyəti sədrinin müavini.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

17 iyun 1966-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1973 – 1983-cu illərdə M.Qorki adına Şəki şəhər 10 nömrəli orta məktəbində,

1983 – 1989-cu illərdə D.İ.Mendeleyev adına Moskva Kimya Texnologiya İnstitutunun silikatların kimyəvi texnologiyası fakültəsində,

1994 – 1996-cı illərdə Qərb Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsində,

2009 – 2013-cü illərdə AMEA M.Nağıyev adına Kimya Problemləri İnstitutunun doktoranturasında təhsil alıb.

Təlimlər[Vizual/Mobil redaktə | HTML redaktə]

1992-сı ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Ali Menecerlər Məktəbinin dinləyicisi olub.

1999-cu ildə BMT-nin “Sənayenin inkişafı” təşkilatının və Yunanıstanın “Ticarətə yardım” təşkilatının təlimlərində,

2001-ci ildə Yaponiya Xarici İşlər Nazirliyinin təşkil etdiyi “Yeni müstəqil dövlətlərlə iş” proqramının üzrə təlimdə iştirak edib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1990 – 1992-ci illərdə Bakı asbestsement və keramika məmulatları kombinatında mühəndis, aparıcı mühəndis,

1992 – 1996-cı illərdə “Loğman” SC-nin baş direktoru,

1997 – 1998-ci illərdə Azərbaycan Dövlət Əmlak Komitəsində məsləhətçi,

1998 – 1999-cu illərdə Bakı Şəhər İcra Hakimiyyətində iqtisadi məsələlər üzrə müavin,

1999 – 2000-ci illərdə Azərbaycan Respublikası Ticarət Nazirliyində şöbə müdiri,

2001 – 2002-ci illərdə “Binəqədi Tikinti Təchizat” ASC-nin idarə heyətinin sədri,

2003 – 2006-cı illərdə “Azinşaat holdinq” Şirkətlər qrupunun prezidenti,

2006 – 2014-cü illərdə “Daş Salahlı Bentonit” ASC və “AzRosPromİnvest” BM-nin direktorlar şurasının sədri, sonra isə Qlobal İqtisadi Problemlər İnstitutunun sədri,

2019 – 2020-ci illərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin direktor müavini və idarə rəisi vəzifələrində çalışıb.

12 mart 2024-cü il tarixdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyəti sədrinin müavinidir.

Elmi-publisistik fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

50-dən çox elmi-analitik məqalənin müəllifi, yaxud həmmüəllifidir.

Kitabları[Vizual/Mobil redaktə | HTML redaktə]

  • Qiymətli kağızlar bazarına giriş (1997).
  • Kiçik və orta biznes yeni mərhələdə (2004).
  • İnşaat materiallarının fiziki-kimyəvi əsasları (həmmüəllif, 2006).
  • Neft: Həqiqətlər və müəmmalar (Bakı: Çaşıoğlu, 2011).
  • Dünya bu gün (Bakı: Geodeziya və kartoqrafiya, 2021).
  • Azərbaycanda inşaat materiallarının perspektiv istiqamət əsasları (həmmüəllif, 2023).
  • Ekologiyanın tarixinə qlobal baxış (ISBN: 978952479386; Bakı: Ocaq, 2024).

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəlidir, 2 övladı var.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Şirinzadə Natiq // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 371-373. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Rəhbərlik : İdarə Heyəti sədrinin müavini : [arx. 12 Aug 2022 - 23 Jun 2025] // Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi. — Müraciət tarixi: 04.05.2026.

Bildiriş[HTML redaktə]