Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Pərviz Abbasov

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Pərviz Abbasov
Abbasov Pərviz Akif oğlu
Pərviz Abbasov
Pərviz Abbasov (2016).
Təvəllüdü 20 mart 1981 (1981-03-20) (45 yaş)
Anadan olduğu yer Şəki, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ → Azərbaycan
Elmi dərəcəsi tibb üzrə elmlər doktoru
Elmi adı dosent
Təhsili

 • Azərbaycan Tibb Universiteti, müalicə-profilaktika fakültəsi, bakalavriat (1997–2003)

 • Azərbaycan Tibb Universiteti, ordinatura (2003–2005)

 • Azərbaycan Tibb Universiteti, aspirantura (2005–2008)

 • İnönü Universiteti, fellow (Türkiyə, 2012–2013)
Adının digər versiyaları Perviz Abbasov, Parviz Abbasov, Первиз Аббасов, Парвиз Аббасов, Пәрвиз Аббасов
facebook səhifəsi

Pərviz Abbasov — tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, professor, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimi, Binəqədi Tibb Mərkəzinin cərrahı.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

20 mart 1981-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1997 – 2003-cü illərdə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində,

2003 – 2005-ci illərdə Azərbaycan Tibb Universitetinin klinik ordinaturasında,

2005 – 2008-ci illərdə isə Azərbaycan Tibb Universitetinin aspiranturasında,

2012 – 2013-ci illərdə İnönü Universitetində (Türkiyə) təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

2003-cü ildə üç ay Nağıyev adına KTTYX-da həkim-interna,

2003 – 2005-ci illərdə Akademik M.A.Topçubaşov adına ECM Cərrahiyyə şöbəsində cərrah,

2005 – 2020-ci illərdə 5 №-li Bakı Şəhər Xəstəxanasının I Cərrahiyyə şöbəsində cərrah,

2003-cü ildən Azərbaycan Tibb Universitetinin II Cərrahi xəstəliklər kafedrasında cərrah,

2020 – 2021-ci illərdə Bakıdakı “Yeni Klinika” tibb müəssisəsinin direktoru vəzifəsində çalışıb.

2024-cü ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimi və Binəqədi Tibb Mərkəzinin cərrahıdır.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

2008-ci ildə namizədlik dissertasiyasını,

2016-cı ildə doktorluq dissertasiyasını müdafiə edib.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

  • Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Fəxri fərmanı (2014).

Məhkumluğu[Vizual/Mobil redaktə | HTML redaktə]

2021-ci ilin aprel ayında, koronovirusa yoluxmuş şəxslərin müalicəsi üçün onların yaxınlarından rüşvət almaqda suçlanaraq həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi ona 8 il 6 aylıq azadlıqdan məhrumetmə cəzası kəsib. Sonra apelyasiya məhkəməsi həbs müddətini 5 il 6 aya endirib. 19 aprel 2023-cü il tarixdə isə Ali Məhkəmə həbs müddətini 3 ilə endirib. 5 may 2023-cü il tarixdə Bakı şəhər Nizami Rayon Məhkəməsi Pərviz Abbasova təyin olunmuş 3 il həbs cəzasının 2\3 hissəsinin başa çatmasını və cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürərək onu vaxtından əvvəl cəzadan şərti olaraq azad edib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. "t.e.d., dos. Abbasov P.A." https://www.amu.edu.az/ (azərb.). Azərbaycan Tibb Universiteti. 19 Mar 2021 tarixində arxivləşdirilib.
  2. "Pərviz Abbasov. Bariatrik və metabolik cərrah". https://wikimed.az/ (azərb.). Wikimed.az. 23 Apr 2020 tarixində arxivləşdirilib.

Bildiriş[HTML redaktə]