Qüdrət Bəkirov
| Qüdrət Bəkirov | |
|---|---|
| Bəkirov Qüdrət Məmməd oğlu | |
| Qüdrət Bəkirov. | |
| Təvəllüdü | 11 iyun 1961 |
| Anadan olduğu yer |
Oxud, Nuxa (indiki Şəki) rayonu, |
| Vətəndaşlığı |
|
| Elm sahəsi | biologiya |
| İş yeri | AMEA Şəki Regional Elmi Mərkəzi, tut ipəkqurdunun seleksiyası şöbəsi (müdir) |
| Elmi dərəcəsi | biologiya üzrə fəlsəfə doktoru |
| Elmi adı | dosent |
| Təhsili | V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, kimya–biologiya fakültəsi, qiyabi şöbə (1983–1988) |
| facebook səhifəsi | |
Qüdrət Bəkirov — biologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Şəki Regional Elmi Mərkəzinin tut ipəkqurdunun seleksiyası şöbəsinin müdiri.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
11 iyun 1961-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Oxud kəndində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1968 – 1978-ci illərdə Oxud kənd orta məktəbində,
1983 – 1988-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinin qiyabi şöbəsində təhsil alıb.
Hərbi xidmət[Vizual/Mobil redaktə | HTML redaktə]
1979 – 1981-ci illərdə Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olub.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1994-cü ildən AMEA Şəki Regional Elmi Mərkəzin ipəkçilik laboratoriyasında “Yerli və introduksiya olunmuş cinslər arasında hibridlərdə heterozis qüvvəsinin öyrənilməsi” mövzusunda elmi tədqiqat işi aparıb,
2013-cü ildə həmin mövzu üzrə dissertasiya işini müdafiə edib.
2014-cü ildə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini,
2018-ci ildə dosent elmi adını alıb.
48 elmi məqalənin müəllifi, 12 Müəlliflik şəhadətnaməsinin, 12 patentin həmmuəllifidr.
2018-ci ildə AMEA Şəki Regional Elmi Mərkəzin Elmi Şurasında “Azərbaycan şəraitində intraduksiya olunmuş cinslərin heterozis qüvvəsinin öyrənilməsi” doktorluq işinin mövzusu təsdiq olunub.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1985-ci ildən Şəki Zona Elmi bazasında laborant vəzifəsində işləməyə başlayıb.
1993-cü ildən AMEA Şəki Regional Elmi Mərkəzinin ipəkçilik laboratoriyasının rəhbəri olub[qeyd 1].
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- AMEA-nın fəxri fərmanı – AMEA Şəki Regional Elmi Mərkəzinin 40 illik yubileyi münasibəti ilə (2012).
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Evlidir, üç övladı var.
Qeydlər[Vizual/Mobil redaktə | HTML redaktə]
- ↑ 6 aprel 1995-ci il tarixdə elmi bazaya “AMEA Şəki Regional Elmi Mərkəzi” adı (statusu) verilmiş, 2014-cü ildən AMEA-nın yeni nizamnaməsinə uyğun olaraq, mərkəzin laboratoriyaları şöbə adlandırılmış və adlarında isə bəzi dəyişikliklər edilmişdir. Bunlara görə Qüdrət Bəkirovun vəzifəsinin adı da dəyişmişdir. O, hal-hazırda AMEA Şəki Regional Elmi Mərkəzinin tut ipəkqurdunun seleksiyası şöbəsinin müdiridir.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Şəki REM-in fəlsəfə doktorları : Bəkirov Qüdürət Məmməd oğlu : [arx. 11.09.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 11.09.2021.
- Tut ipəkqurdunun seleksiyası şöbəsi : [arx. 27 Jul 2017 - 10 Sep 2018] // Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzi. — Müraciət tarixi: 11.09.2021.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |