Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Rəhim Mədətov

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Rəhim Mədətov
Mədətov Rəhim Səlim oğlu
Rəhim Mədətov
Rəhim Mədətov.
Təvəllüdü 5 sentyabr 1949 (1949-09-05) (77 yaş)
Anadan olduğu yer Aşağı Şabalıd, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ→ Azərbaycan
Elm sahəsi fizika-riyaziyyat
İş yeri AMEA Radiasiya Problemləri İnstitutu, yarımkeçiricilərin radiasiya fizikası laboratoriyası (müdir)
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı professor
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (1966–1971)
Mükafatları III dərəcəli "Əmək" ordeni — 2025
facebook səhifəsi

Rəhim Mədətov — fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Aviasiya Akademiyanın fizika kafedrasının professoru, AMEA Radiasiya Problemləri İnstitutunun yarımkeçiricilərin radiasiya fizikası laboratoriyasının müdiri.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

5 sentyabr 1949-cu il tarixdə Nuxa (indiki Şəki) rayonunun Aşağı Şabalıd kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1956 – 1966-cı illərdə Nuxa şəhər 2 №-li orta məktəbində,

1966 – 1971-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1971 – 1973-cü illərdə Dəvəçi rayonunda orta məktəbin fizika müəllimi vəzifəsində çalışıb.

1973-cü ildən Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda işləyib; o cümlədən,

1977-ci ildən radiasiya tədqiqatları sektorunda kiçik elmi işçi,

1983-cü ildən baş elmi işçi,

1992-ci ildən isə baş elmi işçi olub.

1994-cü ildən AMEA Radiasiya Problemləri İnstitutunun yarımkeçiricilərin radiasiya fizikası laboratoriyasının müdiridir.

Azərbaycan Milli Aviasiya Akademiyasının fizika kafedrasında professor vəzifəsində çalışır.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1980-cı ildə “Ge-Si bərk məhlulu əsasında hazırlanmış fotodiodların fotoelektrik xassələri” mövzusunda namizədlik dissertasiyasını,

1991-ci ildə isə “Ge-Si bərk məhlulu əsasında hazırlanmış p-n keçidlərdə fotovoltaik və radiasiya effektləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı 120, xaricdə çıxmış elmi əsərlərin sayı 72, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunmuş məqalələrin sayı 45, müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 17-dir. 10 fəlsəfə doktorunun, 9 elmlər doktorunun elmi rəhbəri olub.

Digər fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

AMEA Radiasiya Problemləri İnstitutunun Elmi Şurasının və Həmkarlar Təşkilatının İdarə Heyətinin, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komitəsinin Ekspert Şurasının üzvüdür.

2004 – 2008-ci illər ərzində Naxçıvan və Bakı türk liseyləri şagirdlərinin Beynəlxalq Ekoloji Elmi Layihə olimpiadalarına hazırlamış və onlar Bosniyada-2 qızıl (2006), İstanbulda-1 bürünc (2006), Bosniyada-1 gümüş (2005) və Braziliyada-1 bürünc (2005) medallara layiq görülmüşlər.

2012-ci ildə fizika, 2017-ci ildə isə radiasiya materialşünaslığı ixtisası üzrə AMEA-nın müxbir üzvlüyünə namizədliyini irəli sürmüş, lakin seçilməmişdir.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

  • AMEA-nın fəxri fərmanı (2 dəfə).
  • 3-cü dərəcəli “Əmək” ordeni (05.11.2025) – Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə və Azərbaycan elminin inkişafında xidmətlərinə görə.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Mədətov Rəhim // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 364-365. — 1.000 nüsx.
  2. "Radiasiya Problemləri İnstitutunun elmlər doktorları: Mədətov Rəhim Səlim oğlu". http://science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 2 Jun 2017 – 20 Sep 2020 tarixində arxivləşdirilib.

Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]

Bildiriş[HTML redaktə]