Murad Nəbibəyov
| Murad Nəbibəyov | |
|---|---|
| Nəbibəyov Murad Rüstəm oğlu | |
| Murad Nəbibəyov, 2015-ci il. | |
| Anadan olub | 4 iyun 1955 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Atası | Rüstəm Nəbibəyov |
| Vətəndaşlıq |
|
| Təhsili | Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu, metallurgiya fakültəsi (–1982) |
| Fəaliyyəti | Şəki bələdiyyəsi mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri və “Şəki Bələdiyyəsi” qəzetinin baş redaktoru |
| facebook səhifəsi | |
Murad Nəbibəyov — Şəki bələdiyyəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, “Şəki Bələdiyyəsi” qəzetinin baş redaktoru.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
4 iyun 1955-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1961 – 1969-cu illərdə Nuxa/Şəki şəhər Mirzə Ələkbər Sabir adına 5 nömrəli səkkizillik məktəbində,
1969 – 1971-ci illərdə isə Şəki şəhər Maksim Qorki adına 10 nömrəli orta məktəbində təhsil alıb.
1982-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun metallurgiya fakültəsini bitirib
Hərbi xidmət[Vizual/Mobil redaktə | HTML redaktə]
1976 – 1978-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1971-ci ildə Şəki 55 saylı Tikinti-Quraşdırma İdarəsində fəhlə kimi əmək fəaliyyətinə başlayıb.
1982 – 1997-ci illərdə “Bakı məişət kondisioneri” Elm İstehsalat Birliyinin Bakı Elektrik Ştampları təcrübə zavodunda işləyib; o cümlədən,
1982 – 1992-ci illərdə əvvəl mühəndis-texnoloq, sonra usta, daha sonra baş usta, sahə və sex rəisi vəzifəsində çalışıb;
1988-ci ildə zavodun nəzdində təşkil edilmiş İstehsalat-kommersiya kooperativinin sədri,
1992-ci ildə – kooperativ müstəqillik statusu aldıqdan sonra, 1997-ci ilədək həmin kooperativin sədri olub.
1997 − 2005-ci illərdə “Kriminal” qəzetində baş redaktorun müavini, “Zaman-Azərbaycan” və “Ədalət” qəzetlərində sosial həyat və iqtisadiyyat şöbəsinin müdiri vəzifələrində çalışıb. Eyni zamanda müxtəlif qəzetlərlə (“Mərkəz”, “Qol”, “Axşam”, “Son söz” və s.) əməkdaşlıq edib.
2005-ci ildən Şəki bələdiyyəsində mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri və “Şəki Bələdiyyəsi” qəzetinin baş redaktorudur.
İkinci iş yerləri[Vizual/Mobil redaktə | HTML redaktə]
2006 − 2008-ci illərdə “Şəki” qəzetində baş redaktorun müavini,
2009 − 2016-cı illərdə isə AMEA Şəki Regional Elmi Mərkəzində elmi işçi vəzifəsində çalışıb.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Azərbaycanın ən yaxşı gənc səmərələşdiricisi” adı, iki dəfə (Bakı Elektrik Ştampları təcrübə zavodunda istehsalatda tətbiq edilmiş çoxsaylı səmərələşdirici təkliflərinə görə);
- “İlin qalibi” diplomu, 2008 (Şəki Şəhər İcra Hakimiyyətinin ilin yekunlarına görə mükafatı);
- Azərbaycan Mətbuat Şurasının diplomu, 2015 (mətbuat sahəsindəki çoxillik səmərəli fəaliyyətinə və 60 illik yubileyinə görə)
- “Qızıl qələm”, 2015 (Azərbaycan Jurnalistlər Birliyinin mükafatı).
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Orsər R. Murad Nəbibəyov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 574 – 577. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
Videolar[Vizual/Mobil redaktə | HTML redaktə]
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış jurnalistlər
- AMEA Şəki Regional Elmi Mərkəzinin işçiləri
- 4 iyunda doğulanlar
- İyunda doğulanlar
- 1955-ci ildə doğulanlar
- Şəxslər (ad sırası ilə)
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr